Dövlət Su Ehtiyatları Agentliyi və Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığı arasında görüş
Ekologiya

Dövlət Su Ehtiyatları Agentliyi və Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığı arasında görüş

Azərbaycan və  Türkiyə   iki  qardaş   dövlət  olaraq  bütün   sahələrdə  əməkdaşlığı daha  da  inkişaf  etdirirlər. Bu  baxımdan  iki  dövlətin  su  ehtiyatlarından  səmərəli istifadə üçün müvafiq  qurumların  əməkdaşlığı, birgə çalışması  da vacib  məsələdir. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov  Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanı İbrahim Yımaklı və onu müşayiət edən heyətlə görüşüb.

Görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzunmüddətli stratejik həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə və Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər müzakirə edilib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidməti bildirir ki, gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.

Nəriman  CAVADOV,

“Respublika”.