“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tari
Fərman

“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tari

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199; 2023, № 1, maddə 49) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmana 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları” üzrə:

1.1. 1.6-cı bənddə “xüsusi nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri” sözləri “ Administrasiyasında şöbə müdiri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.2. 1.9-cu bənddə “xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini” sözləri “Administrasiyasında şöbə müdirinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmana 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.4.1-ci yarımbəndinə “köməkçisi” sözündən sonra “, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müşaviri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) köməkçisi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 iyun 2023-cü il