DAĞLARIN CƏSUR, UNUDULMAZ OĞLU
Sosial həyat

DAĞLARIN CƏSUR, UNUDULMAZ OĞLU

"İkinci Dünya müharibəsini İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbə çalmaqda iştirak edən insanları heç vaxt unutmamalıyıq".

Heydər ƏLİYEV,

Azərbaycan xalqının Ümummilli lideri.

Lerikin uca, səfalı dağlar qoynunda yerləşən Orand kəndində böyüyüb boya-başa çatmış Kamran Əliyev İkinci Dünya müharibəsində cəbhədən-cəbhəyə şanlı, şərəfli döyüş yolu keçmişdir. Müharibə başlananda cəmi 19 yaşı var idi. Gürcüstanın paytaxtı Tbilisi şəhərində hərbi məktəbdə oxuyurdu. Kamran zabit təhsilini yarımçıq qoyub müsəlləh əsgər kimi könüllü olaraq orduya yazıldı.

Döyüşçülərinin 90 faizindən çoxu azərbaycanlı olan 416- atıcı diviziya təzəcə təşkil olunmuşdu. Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Kiçik leytenant Kamram Əliyev zenit qurğusu üzrə şəxsi heyətin rəisi vəzifəsinə təyin olunmuşdu.

1942-ci il sentyabr ayının 25- Almaniyanın "Cənub" ordu qrupunun komandanlığına Bakını zəbt etmək əmri verilmişdi. Hitlerin məqsədi Bakı neftini ələ keçirmək, sovet ordusunun yanacaq təminatına ağır zərbə vurmaqdan ibarət idi.

1942-ci ilin oktyabrında 416- diviziya 58-ci ordunun tərkibinə daxil edilərək Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqe tutmuşdu. Noyabr ayının əvvəllərində diviziya təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi.

Noyabrın 30-da ölüm-dirim savaşı başlandı. Ağır döyüşlərdə düşmənin xeyli texnikası canlı qüvvəsi məhv edildi. Kamran Əliyevin rəhbərlik etdiyi zenit bölüyü düşmənə sarsıdıcı zərbələr endirir, əsl hünər, qəhrəmanlıq göstərirdi.

Diviziyanın uğurlu əks-hücum əməliyyatları nəticəsində üç ay ərzində Şimali Qafqaz yağı düşməndən azad edildi. Həmin döyüşlərdə gənc leytenant Kamran Əliyev igidlik, qəhrəmanlıq nümunəsi göstərdiyinə görə "Qırmızı ulduz" ordeninə layiq görüldü. Diviziyanın komandiri, cəsur hərbçi, əvvəllər polkovnik, sonralar general-mayor rütbəsinə yüksəlmiş Tərlan Əliyarbəyov Kamran Əliyev kimi igid azərbaycanlı zabit əsgərlərin şücaəti, qəhrəmanlığı sayəsində almanların doğma Bakını almaq planı iflasa uğradı.

Cəbhədə təcrübə, hörmət, nüfuz qazanmış Kamran Əliyev bir qrup zabit yoldaşı ilə sovet ordusunun tərkibində İrana göndərildi. Ən çətin, məxfi tapşırıqları uğurla icra edən K. Əliyev peşəkar kəşfiyyatçı kimi tanındı. Rəşt şəhərinin komendantı vəzifəsinə irəli çəkildi.

Antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin Çörçillin iştirakı ilə 1943- il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Üç ölkənin liderləri İranın paytaxtında bir araya gəldilər. Müttəfiqlər sovetlərin çoxdan tələb etdiyi Şərqi Avropada ikinci cəbhənin açılmasına razılıq verdilər.

Alman kəşfiyyatı Tehran konfransı zamanı "Böyük sıçrayış" adlı xüsusi əməliyyat planı hazırlamışdı. Plana əsasən SSRİ, ABŞ Britaniya rəhbərlərinin olduğu konfrans zalı partladılmalı idi. Əvvəlcə sovet, sonra isə ABŞ kəşfiyyatı bundan xəbər tutdu. Almanların planlarından xəbərdar olan antifaşist koalisiyası ölkələrinin əks-kəşfiyyat orqanları düşmənin 6 nəfər diversantını aşkarlayıb zərərsizləşdirdi.

SSRİ nümayəndə heyətinin Tehran konfransında təhlükəsizliyinin işinin təminatı üçün görülən tədbirlər sistemi şərti olaraq "30-cu istiqamət" adlanırdı. Xüsusi əməliyyat tapşırıqlarını yüksək səviyyədə icra etdiyinə görə kapitan rütbəsi almış cəsur kəşfiyyatçı Kamran Əliyev üç ölkənin liderlərinin məhvinə yönəldilmiş sui-qəsdin qarşısının alınmasında fəal iştirak edən şəxslərdən biri olub. Hərbi, diplomatik xidmətləri layiqincə qiymətləndirilib.

Kamran Əliyev 1946- ildə sinəsi orden medallarla Vətənə qayıdıb. On ildən artıq Bakı şəhərindəki hərbi hissədə, Lerik Rayon Hərbi Komissarlığında xidmətini davam etdirib.

Dinc quruculuq dövründə doğma kəndin, rayonun sosial-iqtisadi, mədəni inkişafında gərgin əmək sərf edib. Pirasora Nuravudda kənd sovetinin sədri, təsərrüfat başçısı, "Komsomol" sovxozunun direktor müavini vəzifələrində işləyib.

 Lerikin Orand ərazisində təsərrüfatı dirçəldib, ağır, çətin illərdə camaatı aclıqdan çıxarıb. Qubadan meyvə tingləri gətirib ərazidə meyvə bağı salıb. Kənddə məktəb, idarə binası, dəyirman, sosial obyektlər inşa etdirib. Keçilməz daşlı, sıldırım qayaları yararaq kənddən rayon mərkəzinə qısa yol çəkdirib. Ömrünün 71-ci baharında dünyasını dəyişənə kimi bacarıqlı, qayğıkeş təsərrüfat rəhbəri, adlı-sanlı, nüfuzlu ağsaqqal kimi fəaliyyət göstərib.

Nümunəvi, gözəl ailə başçısı Kamran Əliyev ömür-gün yoldaşı Məlağay xanımla 11 övlad böyüdüb ərsəyə çatdırıb. Övladları, nəvələri, doğmaları onun şərəflə keçdiyi yolu ləyaqətlə davam etdirirlər. Əsl vətənpərvər, mərd, xeyirxah insan, böyük ağsaqqal, nüfuzlu şəxsiyyət olan Kamran Əliyevin parlaq xatirəsi bu gün ürəklərdə yaşayır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".