Çin şirkəti Azərbaycanda 2 QVt gücündə bərpaolunan enerji layihələri həyata keçirəcək
İQTİSADİYYAT

Çin şirkəti Azərbaycanda 2 QVt gücündə bərpaolunan enerji layihələri həyata keçirəcək

Energetika naziri Pərviz Şahbazovla Enerji Həftəsi çərçivəsində Bakıda səfərdə olan Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının sədr müavini Lin Shanqing arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərindən enerji qurumları arasında müqavilə-hüquq bazasının inkişafından danışılıb. Elektrik enerjisinin yüksəkgərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi sahəsində təcrübə mübadiləsi müzakirə edilib.

Görüşün sonunda Energetika Nazirliyi ilə Çinin "China Gezhouba Group Overseas Investment" şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Energetika nazirinin müavini Elnur Soltanov şirkətin baş vitse-prezidenti Lin Xiaodan tərəfindən imzalanmış memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda dənizdə külək enerjisi, enerji saxlama inteqrasiya olunmuş "ağıllı" enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.