Çin kommersiya raketindən istifadə edərək orbitə peyk buraxıb
Dünya xəbərləri

Çin kommersiya raketindən istifadə edərək orbitə peyk buraxıb

Çin “Hyperbola-1” kommersiya daşıyıcısından istifadə edərək süni peykini uğurla orbitə çıxarıb. 

"Respublika" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bildirilib ki, peykin buraxılışı Qansu əyalətindəki (Şimal-Qərbi Çin) Ciuquan peyk buraxılış mərkəzindən həyata keçirilib.

Bu, kommersiya məqsədli “Hiperbola-1” raketi vasitəsilə altıncı buraxılışdır.