Bu torpağın fəxri idi
Sosial həyat

Bu torpağın fəxri idi

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elçin Əliyevin anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Öncə tədbir iştirakçıları şəhid Elçin Əliyevin və digər şəhidlərin məzarını ziyarət edərək,məzarlar önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad etdilər.

Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən danışdı.

Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digərləri tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açdılar.

Tofiq HÜSEYN,

“Respublika”.