Brazilyalı futbolçu mövsümün sonunda “Çelsi”dən ayrılacaq
İdman

Brazilyalı futbolçu mövsümün sonunda “Çelsi”dən ayrılacaq

İngiltərənin “Çelsi” komandasının aparıcı futbolçularından biri mövsümün sonunda komandadan ayrılacaq.

"Respublika" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Tiaqo Silva London təmsilçisini tərk edəcək.

Bununla bağlı videomüraciət yayımlayan 39 yaşlı “sambaçı” bir gün yenidən “zadəganlar”a fərqli vəzifədə qayıdacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Tiaqo Silva İngiltərə nəhənginə 2020-ci ilin yayında keçib.