Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Gündəm

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Göyərtəsində 12 braziliyalı turist və iki ekipaj üzvünün olduğu kiçik Embraer Bandeirante tipli təyyarə Braziliyanın şimalındakı Amazonas əyalətində qəzaya uğrayıb.

"Respublika" xəbər verir ki, bu barədə Amazonas əyalətinin qubernatoru Wilson Lima sosial media hesabından məlumat verib. O,  verdiyi açıqlamada qəzadan sağ çıxanların olmadığını bildirib. Qəza zamanı güclü yağışın olduğu da bildirilib.

Qəzaların Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) qəzanın səbəbini tapmaq üçün araşdırmaya başlayıb.

Amazon Təhlükəsizlik katibi Vinisius Almeyda bildirib ki:  "Əldə edilən ilk məlumata görə, təyyarənin şiddətli yağış səbəbiylə görmə qabiliyyətinin aşağı olduğu və Barselosda enişi zamanı qəzaya uğradığı müəyyən edildi"

Qeyd edək ki, təyyarə ovçuluqla məşğul olan iş adamı tərəfindən icarəyə götürülüb.