Bölgə xəbərləri: Şəhərin küçə və prospektləri işıqlandırılır
Region

Bölgə xəbərləri: Şəhərin küçə və prospektləri işıqlandırılır

İsmayıllı rayon mərkəzində aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin küçə və prospektlərinin işıqlandırılmasına da xüsusi diqqətlə yanaşılır. Belə ki, şəhərin daha işlək küçə və prospektlərinin işıq lampaları yeniləri ilə əvəzlənir. Bununla da şəhər görkəmini tamamilə dəyişərək gecələr işıqlandırılır. Lampaların yenilənməsi prosesinə Nizami küçəsindən start verilib. Yaxın günlərdə Heydər Əliyev prospektinin, Cavanşir və Axundov küçələrinin işıqlandırılması yenilənəcək. Ümumilikdə şəhər ərazisində 500-dən çox yeni lampalar quraşdırılması nəzərdə tutulub. Köhnə lampalar isə kənd və məhəlləarası küçələrin işıqlandırılmasında istifadə olunacaq.

Qeyd edək ki, hazırda şəhərin işıqlanması saat 18-dən səhər saat 7-yə kimi aparılır.

“Respublika”.