Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Məktublar

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Şeyx Məhəmməd bin Rəşid Al MƏKTUM,

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti,

Baş naziri və Dubayın Əmiri.