Binəqədi rayonunda mebel sexində baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir  YENİLƏNİB
Gündəm

Binəqədi rayonunda mebel sexində baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən "Respublika"-ya bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

12:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində yanğın baş verib.

FHN-in mətbuat xidmətindən "Respublika"-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.