Beynəlxalq tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar
Siyasət

Beynəlxalq tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Martın 4-də TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər.

AZIRTAC xəbər verir ki, iclas iştirakçıları burada xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın