Beynəlxalq Münasibətlər və Politoloji Elmlər Akademiyasının prezidenti Simon Kopadzedən
Məktublar

Beynəlxalq Münasibətlər və Politoloji Elmlər Akademiyasının prezidenti Simon Kopadzedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-aliləri, bu təntənəli bayram günündə Sizi yubileyiniz münasibətilə təbrik etməklə yanaşı, həm də Sizin qəbul etdiyiniz taleyüklü qərarlara səmimi qəlbdən heyran olduğumu bildirmək istərdim. Siz dövlətin birliyi və firavanlığı naminə bütün xalqı birləşdirdiniz. Siz görkəmli milli lidersiniz və ölkəniz üçün çox iş görmüsünüz.

Sizin sayənizdə ölkənin ərazi bütövlüyü bərpa edilib, işğaldan azad olunmuş bütün rayonlar dirçəldilib, beynəlxalq əlaqələr möhkəmlənib və genişlənib, mənim ölkəm üçün də həyati əhəmiyyət kəsb edən bir sıra investisiya layihələri həyata keçirilib, mühüm siyasi qərarlar qəbul edilib.

Bilirəm ki, hələ çox işlər görülməlidir və bütün niyyətlərinizin həyata keçməsi üçün Sizin qüvvəniz kifayətdir. İcazə verin, Sizə ən xoş arzularımı bildirim, niyyətlərinizin və planlarınızın tezliklə gerçəkləşməsini, möhkəm cansağlığı, etibarlı və sədaqətli həmfikirlər, böyük şəxsi səadət və ailə firavanlığı diləyim.

Qoy Azərbaycan xalqının səmimi sevgisi və hərtərəfli dəstəyi daim Sizinlə olsun.

Sizə qardaş olan bütün gürcü xalqının ən səmimi təbriklərini və sevgisini qəbul edin.

Səmimi hörmətlə,

 Simon Kopadze

Beynəlxalq Münasibətlər və Politoloji Elmlər Akademiyasının prezidenti,

Gürcüstan-Qafqaz Strateji Araşdırmalar İnstitutunun prorektoru,

Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun direktoru