Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul olub
Siyasət

Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul olub

Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət hökumət nümayəndələri, icra qanunvericilik orqanlarının rəhbərləri, Gürcüstandan dəvət olunmuş yüksəkvəzifəli qonaqlar, ölkədə akkreditə olunmuş diplomatik heyətin nümayəndələri tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib ki, Gürcüstan Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq qonşuluq münasibətləri daha da inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran diplomat ölkələrimiz arasında münasibətlərin dərinləşməsində, birgə layihələrin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rolunu xüsusi qeyd edib. Beynəlxalq sahədə ölkələrimizin bir-birini dəstəklədiklərini bildirən Zurab Pataradze Gürcüstan Azərbaycanın bir çox sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib. O, enerji sektorunu ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirib. Vurğulayıb ki, birgə layihələr həm Azərbaycanın, həm Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir.

Azərbaycan xalqını dövlətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən diplomat ölkələrimizin regionda sülh sabitlik tərəfdarı olduğunu da vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib ki, Azərbaycan Gürcüstan hər zaman dostluq qardaşlıq şəraitində yaşayıblar. Bunu hər iki ölkənin 105 il bundan əvvəl müstəqillik qazanması da sübut edir.

Gürcüstan xalqını dövlətini müstəqillik bayramı münasibətilə təbrik edən Baş nazir bildirib ki, ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev Eduard Şevardnadze tərəfindən qoyulub. Vurğulayıb ki, Ümummilli Lider hər zaman Gürcüstanla münasibətlərə böyük önəm verirdi. Bu münasibətlər hazırda Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin xidmətləri sayəsində daha da inkişaf edərək dərinləşir.

"Ölkələrimiz arasında strateji tərəfdaşlıq siyasi dialoq yüksək səviyyədədir. Biz bir-birimizi beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirik. Birgə həyata keçirilən layihələrimiz regionun inkişafına töhfə verir. Yaşıl enerji ilə bağlı yeni layihələr reallaşdırılır. Bütün sahələrdə əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da dərinləşəcək", - deyə Ə.Əsədov əlavə edib.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib.

Tədbir iştirakçıları Abxaziya Dövlət Akademik Mahnı Rəqs Ansamblı "Abxazeti"nin Azərbaycanın Əməkdar artisti, gürcü müğənnisi Manana Caparidzenin ifasını dinləyiblər.

Həmçinin gürcü adət-ənənələrinin çoxəsrlik tarixini özündə əks etdirən gürcü milli geyimlərinin sərgisi keçirilib.