Sərbəst auditor Talıbov Tariyel Aslan oğlu
MÜSTƏQİL AUDİTOR RƏYİ
“AZMETKO KSA” Açıq Səhmdar Cəmiyyətinə
Mən, “AZMETKO KSA” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2020-ci il tarixə balans, mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatlarının auditini apardım.
Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti
Rəhbərlik göstərilən maliyyə hesabatlarının “Beynəlxalq Maliyyə Hesabatı Standartları”na uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Bu məsuliyyətə fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi, tətbiqi və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.
Auditorun məsuliyyəti
Mənim vəzifəm apardığım audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Mən auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışam. Həmin Standartlar məndən etik normalara riayət etməyi, auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.
Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Tərəfimdən risklər qiymətləndirilərkən audit prosedurlarının işlənib hazırlanması məqsədilə cəmiyyətin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementləri nəzərə alınmış, lakin bu zaman cəmiyyətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədi güdülmür.
Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir:
Mən hesab edirəm ki, əldə etdiyim audit sübutu rəyimin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.