AZƏRBAYCANÇILIQ
Siyasət

AZƏRBAYCANÇILIQ

Bu istilahın fəlsəfi məzmunu ya Ulu Öndərin milli zəminli bəşəri ideyalarının analitik formulu

əmiyyətin neçə minillik inkişafı dövründə çox ictimai-iqtisadi formasiyalar, hansısa böyük proseslərin nisbi tamamlandığı, yenilərinin isə sanki başlandığı tarixi keçidlər olub. Bunlardan yeni dövrün başlanğıcı kimi dəyərləndirilən nəticəsinə görə əsaslı təhlil olunanı - belə demək mümkünsə, kapitalizmə keçiddir. Cəmiyyətin təbii inkişafının yaratdığı zərurətdən doğan bu formasiyadan sosializmə keçiddə isə inkişafın əsas hərəkətverici qüvvəsi - əksliklərin vəhdəti nəzərə alınmadı. Əvvəlcə marksizm-leninizm adı ilə elmi-nəzəri tədqiqatlara əsaslanan model kimi nəzəri bir sistem yaradıldı. Sonradan buna hazır olmayan cəmiyyət inqilabi yolla (zorən) həmin nəzəri sistemə uyğunlaşdırıldı.

 

Keçid dövrünün antaqonizmi

Ötən əsrin sonlarında baş verən, dünya ölkələrinin az qala dörddəbirini əhatə edən keçid prosesi əvvəlcədən tam əsaslı modelləşdirilmiş, öyrənilmişdi. Buna baxmayaraq, dünyanın əzəmətli imperiyası, sosializm sistemi dağıldı, kommunizm kabusu ilğım kimi yoxa çıxmaqla böyük bir ideoloji sistem süqut etdi. Mahiyyətcə sosializmin dağılmasına hesablanmış, sintetik cəmiyyət quruculuğunda xaricdən götürülmüş hazır modellərin - "yenidənqurma" kimi konsepsiyaların reallaşdırılması ilə hər şey sanki öz kütləvi axarına buraxıldı. Bununla da böyük bir ölkə daxilində antaqonist iki ideoloji cəbhənin (kommunizm kapitalizm) qarşıdurmasına real imkanlar yaradıldı.

Həmin illərdə baş verən proseslərin geniş hərtərəfli təhlilini, keçmiş SSRİ-nin baş iqtisadçı ideoloqlarından olan akademik L.Abalkinİstifadə olunmamış imkan: ilyarım hökumətdə” (L.İ.Abalkin, “Neispolğzovannıy şans: Poltora qoda v pravitelğstve” – M., Politizdat, 1991) kitabında özünəməxsus tərzdə analiz şərh etmişdir. Müəllifin qənaəti bundan ibarətdir ki, təkcə iqtisadi sahədə deyil, siyasi sahədə yaranmış problemlər həll edilməlidir. Çünki problemləri siyasi yolla həll etmədən ölkəni böhrandan xilas etmək mümkün deyil.

Keçid prosesləri, baş verdiyi bütün ölkələr üçün, tarixən həmişə mürəkkəb, ağrılı təbəddülatlı olub. Ölkəmiz bu baxımdan istisnalıq təşkil etmədi, köhnə böyük sistemdən qopub ayrılması yeni sistemə keçid yolu hamar olmadı.

Qeyd edək ki, yaşadığımız sosializm cəmiyyətində sənayedə, kənd təsərrüfatında, bir sözlə, istehsalın təsərrüfatın əksər zəruri sahələrində təşkilati, təminat sistemi qurulmuşdu. Texnoloji sahədə müəyyən geriliklər olsa da, təhsil, intellekt, təfəkkür mədəniyyəti kifayət qədər yüksək idi. Bütün bunlar yeni keçid dövrünə uyğun təşkilati formanın tapılmasını tələb edirdi. Lakin sistemin dağılması ilə Azərbaycanda qalan maddi-texniki baza maksimum dərəcədə faydalı istifadə olunmaq əvəzinə, ötən əsrin 90- illərinin əvvəllərində yenidən qurmaq ümidi ilə dağıdıldı. Keçmişdən qalan hər şeyi dağıtmaq taktikası iqtisadiyyatı iflic vəziyyətinə saldı. İqtisadiyyatda yaranan daxili dispraporsiya digər sahələri xaosa sürüklədi. İttifaqın dağılmasından sonra sistemin ideoloji prinsipləri , dövlətçiliyi , iqtisadi əlaqələri , qanunvericilik əsasları da - bir sözlə, bütün daxili qurumlar dağıldı. Vahid ideyanın, yeni bir ideoloji sistemin olmaması ucbatından çoxlu sayda dağılma həmçinin yaşam üçün zəruri olan quruculuq proseslərinin xaotik toplusu yarandı. Çünki vahid ideya olmadıqda ya onun şaxələnmiş maddi təzahürləri müəyyən quruculuq proseslərini nəzəri ifadə etmədikdə təsadüflərin xaosu baş verir.

İnkişaf etmiş ölkələrdə ya hüquqi dövlətlərdə (bu ölkələr XVII-XVIII əsrlərdə həmin mərhələni keçiblər, yəni o illərdə formalaşmış ideologiya artıq sosial-iqtisadi siyasi-hüquqi reallıq olub) ideologiya artıq ideyadan gerçəkliyə çevrildiyindən yeni modellərin yaradılmasına lüzum qalmır. Bəzi ideologiyalar isə ictimai reallığa çevrilə bilmədiyindən, arzu olaraq qaldığından, yəni nəzəri mərhələdən keçərək gerçək həyatda özünü doğrulda bilmədiyindən məhvə məhkum olur. Məsələn, kommunizm ideologiyası kimi. Bundan başqa, bəzən cəmiyyət öz daxili hərəkətverici qüvvəsi hesabına düzgün istiqamətdə hərəkət etmədiyindən, yan təsirlərə lider təsirinə məruz qaldığından istisnalar baş verir. Bu da ümumplanetar miqyasda özünü doğrultmadığından məhv olur. Məsələn, faşizm ideologiyası.

Sadaladığımız nümunələr o demək deyil ki, keçid mərhələsində olan, özünü təsdiq etməmiş ölkələrdə ideologiyaya ehtiyac yoxdur. İnkişaf etmiş ölkələrdə, oturuşmuş stabil cəmiyyətlərdə əsas məqsəd ictimai reallığı - mövcud cəmiyyəti təkmilləşdirməkdən ibarət olduğu üçün ictimai reallıqlar hüquq müstəvisində normallaşdırılır. Keçid dövrünü yaşayan cəmiyyətlərdə isə əvvəlcə necə cəmiyyət qurulmalı olduğu müəyyənləşdirilməli, sonra isə mövcud ictimai reallıqdan arzuolunan, yəni qurulmalı olan cəmiyyətə keçmək üçün həyata keçirilməli tədbirlər, onların ardıcıllığı dövrilik müddəti müəyyənləşdirilməlidir. Ümumilikdə, bu prosesləri çətinləşdirən xarici amillərin təsiri, böyük dövlətlərin aktorluq iddiasıdır.

Azərbaycanın başqa ölkələrdən fərqli olaraq həmin dövrdə istəyindən asılı olmadan müharibəyə cəlb edilməsi vəziyyəti bir qədər çətinləşdirmiş, çox gərgin vəziyyət yaratmışdı. Belə ki, Azərbaycanda həm yeni müstəqil, demokratik dövlət qurulmalı, bir ictimai-iqtisadi sistemdən digərinə, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə keçilməklə yeni iqtisadi münasibətlər yaradılmalı, yeni qanunlar qəbul olunmalı idi. İndiki prizmadan baxanda bəlkə demək olar ki, keçmişlə həmin dövrün, iki ictimai-iqtisadi sistemin tarixi keçidinin ən optimal nisbətini müəyyənləşdirmək vacib idi. Tarixi-coğrafi mövqeyindən düzgün istifadə etməklə Şərqlə Qərbin qarşıdurmasına deyil, bir-birini tamamlamasına, vəhdət yaradılmasına nail olmaq ölkəmizin qarşısında duran strateji məsələlərdən idi. Bu isə ölkəmizin xüsusiyyətlərindən daha üstün ona rəhbərlik edən şəxsiyyətin unikal keyfiyyətlərindən asılı idi.

 

İdeoloji vakuum

Ötən əsrin 90- illərinin əvvəllərində ölkəmiz siyasi müstəqillik əldə etsə , iqtisadi ideoloji təsir buxovlarından azad olsa da, kommunizm ideologiyasının özünü doğrultmadığı isbat olunduqdan sonra tam ideologiyasız mühit formalaşmış, ideoloji vakuum yaranmışdı. Qeyri-müəyyənliyin qısa müddətdə törətdiyi fəsadlar da bəllidir. Bunların qarşısını almaq, keçid dövrünün kortəbiiliyindən xilas olmaq üçün hansı cəmiyyət qurmaq istədiyimizi dəqiq müəyyənləşdirmək daha vacib olsa da, bu sahədə heç bir görülmədi. Yaranmış ideoloji vakuumu cəmiyyətin arzu etdiyi hansısa bir konsepsiya ilə doldurmaq üçün dəqiq konturlar belə müəyyənləşdirilmədi. İdeoloji buxovlardan azad olduqdan dərhal sonra mütləq azadlıq iddiasına düşüldü. Daxili potensialı işə salmadan, inkişaf yolunu müəyyənləşdirmədən xaricdən, xüsusilə Qərbdən gələn məqsədli ianələr hesabına yaşamaq yolu seçildi. Belə ölkələri isə üçüncü dünya ölkələrinin aqibəti gözləməsi ya "dibçək dövləti" olması şəksiz idi.

Öz başlanğıcını çoxəsrlik etnik-sosial ənənələrdən, ailədən, çoxmillətli çoxdinli yaşam tərzindən götürən Azərbaycan dövlətçiliyi üçün məhz bu amillər sayəsində ideologiya formalaşdırılmalı idi. Lakin 1988-1993- illərdə ölkənin siyasi dövlət rəhbərliyi Sovet İttifaqının süqutundan sonra kommunist ideologiyasının məhvi ilə cəmiyyətdə yaranan ideoloji boşluğu doldura bilmədi. Ali dövlət hakimiyyətində olanlar müasir cəmiyyətdə insanları birləşdirən sosial amillərin nədən ibarət olduğunu, hansı yolla necə cəmiyyət qurmaq lazım gəldiyini müəyyənləşdirməməklə öz sosiumumuzu dərk etmədilər.

Demokratik inkişaf yolunu seçmiş ölkəmizdə hansı meyarlarla, hansı dövlətçilik təcrübəsi əsasında, hansı siyasi əsaslarla s. müstəqil dövlət quruculuğu həyata keçirilməsi dəqiqləşdirilmədiyindən vaxtilə burjua mədəniyyətinə nihilist münasibət indi sosializm mədəniyyətinə nihilist münasibətə çevrilirdi. Hər şeyi təhlil süzgəcindən keçirib təkamül yolu ilə dəyişdirmək əvəzinə, sıçrayışla, inqilabi dəyişiklik etmək istədiyimizdən bir ifratçılıqdan başqa ifratçılığa düşürdük.

Keçmiş ittifaqdan ayrılaraq müstəqillik qazanan Azərbaycan dövlətçiliyin ilk illərində bir-birinə əks olan ifrat meyillərin hər ikisini yaşamalı oldu. Birinci meylin təşəbbüskarları sistem dağılsa da, mərkəzdən nicat gözləməklə köhnə buxovları saxlamağın tərəfdarlarıVəzirov, Mütəllibov, ikincisi isə hər şeyi dağıdaraq sıfırdan başlamağın tərəfdarlarındanAXC-Müsavat hakimiyyəti idi.

Məhz bu təşəbbüslərin tərəfdarları müstəqilliyin ilk illərində ölkəmizə böyük ziyan vurdular. Birinci mövqeyin nümayəndələrində milli mənsubiyyətə sadiqlik, vətəndaşlıq mövqeyi, ikincilərdə isə dövlətçilik anlayışı, şüuru idarəçilik təcrübəsi çatışmırdı.

Keçid ya köklü islahatlar dövründə ideologiyanın formalaşması, mövcudluğu zərurətdir. İdeologiya əslində sosial siyasi gerçəkliyin fövqündə dayanan onu özünə uyğunlaşdırmağa çalışan nəzəri model ya müstəqil konseptual sistemdir. Dəqiq desək, ideologiya ictimai quruluşda köklü dəyişikliklər etmək, siyasi rejimin sosial-iqtisadi inkişafla ciddi ziddiyyətlərini aradan qaldırmaqla dünyanı dəyişmək istəyən modeldir. Əvvəldə qeyd etdiyimiz kimi, arzuolunan cəmiyyət qurulduqdan sonra, yəni ideologiyanın üstünlük təşkil etdiyi dövr tamamlandıqdan sonra cəmiyyətin inkişafında hüququn, konstitusiyanın, qanunların bu kimi digər dəyərlərin prioritetliyi mərhələsi başlayır. Nəzərə alaq ki, sadaladığımız dəyərlər belə ideologiyanın təsiri ilə dəyişilməyə məhkumdur. Çünki cəmiyyətin dəyişməsi qanunların dəyişməsini zəruri edir. Bu baxımdan keçid dövrü əsasən yeni qanunların qəbulu ilə səciyyələndirilir.

 

Azərbaycançılıq - hansı dini cərəyana, milli mədəniyyətə milli tarixə mənsub olmalarından asılı olmayaraq, Azərbaycan sakinlərinin əksəriyyətinə xas ən ümumi cəhətlərin sintezidir. Bu ideyanın parametrlərini Ulu Öndər kompakt şəkildə ifadə etmişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm bütün dünyada yaşayan soydaşlarımız üçün əsas ideya olubdur".

***

Obrazlı desək, azərbaycançılıq ilk baxışda müxtəlif rənglərdən ibarət olan, yəni spektrləri sezilməyən vahid işıq selini xatırladır. Riyaziyyatçıların dili ilə desək, azərbaycançılıq çoxdəyişənli sabit mənsubiyyət funksiyasıdır. Bu funksiyanın arqumentləri çox olsa da, onun yeganə sabit qiyməti konkret ölkəyə, vətənə, diyara, onun tarixinə, insanına, ruhuna mənsubiyyətdiryəni azərbaycançılıqdır.

 

Bəzən xarici, xüsusən Qərb ölkələri keçid dövrünü yaşayan ölkələrin milli ya spesifik xüsusiyyətlərini nəzərə almadan öz standartlarını, yəni özlərində formalaşmış siyasi, hüquqi meyarlar dəyərlər sistemini, müasir informasiya texnologiyaları texnikasını, ideoloji təbliğat sistemlərini, cəlbedici qaydada qablaşdırılmış, gözəl etiketlənmiş keyfiyyətsiz məhsullarını bu ölkələrə təbliğ etmək siyasəti yürüdürlər. Bununla da əslində bilərəkdən, ya bilməyərəkdən yeni bir ideologiya təlqin etmiş olurlar. Qloballaşma prosesi özü elə ideologiyasız cəmiyyətlər üçün xarici standartların ideologiyaya çevrilməsi prosesidir. İdeologiyanı adətən inkar edən Qərb siyasətçilərinin istəyi məhz budur.

İdeoloji vakuuma düşmüş xalqların həyatında yaranan boşluğun doldurulması üçün xarici təsirlərin dinçilik, millətçilik, xaricyönümlülük kimi zərərli meyillərin təsirindən qaynaqlanan ideologiyaların yer tutmaq iddiası da getdikcə artırdı.

Xalqımızın intellektual qüvvəsinə imkanına güvənini təmin etməklə cəmiyyətdə ayrı-ayrı fərdlərin birləşmək istəyi kimi təbii arzularının ümumdövlət mənafeyinə çevrilmək təşəbbüslərini səfərbər edə bilən fenomenal qüvvəyə ehtiyac zaman keçdikcə daha da artdı.

Böyük dünyagörüşə, dövlətçilik təcrübəsinə, xalqın milli mənafeyini ən yüksək tribunalardan belə müdafiə etmək qabiliyyətinə qətiyyətinə malik şəxsiyyətin hakimiyyətə gəlməsi ilə müstəqilliyin ilk illərində buraxılmış kobud səhvlərin nəticələri tədricən aradan qaldırıla bilərdi. Bu şəxsiyyət dünya dövlətçilik tarixində analoqu olmayan keçmiş SSRİ kimi mükəmməl, hərtərəfli düşünülmüş, vahid ideoloji prinsiplərə tabe etdirilmiş böyük bir dövlət aparatında ilk beşlikdə yer alan Ulu Öndər Heydər Əliyev idi.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizdə vəziyyət əsaslı surətdə dəyişdi. Sosial-iqtisadi mədəni-mənəvi həyatın perspektivləri müəyyənləşdirildi, ictimai-siyasi həyat stabilləşdirilməklə inkişaf strategiyasının təməli qoyuldu. Ulu öndər həmin zamanlardakı prosesləri belə xarakterizə etmişdi: "Bu dövrdə yaşamaq həm çətindir, həm şərəflidir. Çətindir ona görə ki, hamımız ağır vəziyyətdə yaşayırıq, ağır bir dövr keçiririk. Amma şərəflidir ona görə ki, biz müstəqil Azərbaycanın gələcəyinin əsasını yaradırıq, təməlini qoyuruq".

 

Milli ideologiya

Ulu öndər Heydər Əliyev öz dövlətçilik təcrübəsinə istinad edərək bütün xalqın, dövlətin mənafeyini təmsil edən ideologiyanın formalaşmasını, milli ideologiyanın mükəmməl konsepsiyasının işlənib hazırlanmasını qarşıda duran ən ciddi məsələ  hesab edirdi. Həmin dövrdə Prezident Heydər Əliyev müstəqil, hüquqi dövlət quruculuğu prosesində ümumbəşəri dəyərlər zəminində milli ideologiyanı formalaşdırmaqla xarici təsirləri həmin süzgəcdən keçirmək kimi ağır bir vəzifənin öhdəsindən layiqincə gəldi. Təbəddülatlarla dolu dövlət quruculuğu idarəçiliyi ilə yanaşı, milli ideologiyanın öncül istiqamətlərinin müəyyənləşdirilməsi həyata keçirilməsində xüsusi əzmkarlıq göstərdi.

Xalqın, dövlətin mənafeyini təmsil edən milli ideologiyanın bütöv konsepsiyası bu aspektdə müxtəlif sosial qrupların, partiyaların siyasi qüvvələrin birləşməsini tələb edirdi. Milli ideologiya xalqın, dövlətin ideologiyası kimi həyata keçirməli olan ümumxalq ya ümumdövlət ideya-siyasi xəttidir. Milli ideologiyada əsas məqam ümumbəşəri ideyalar olmaqla sosial ideal strateji inkişaf konsepsiyasıdır. Bu anlayış sözün dar hərfi mənasında işləndikdə milli ideologiya özünün ümumictimai aspektindən, bəşəri-fəlsəfi məzmunundan çıxaraq millətçilik ideologiyasına çevrilir. AXC-Müsavat hakimiyyəti dövründə onun törətdiyi fəsadların bizə yaşatdığı hələ yaddaşlardan silinməyib.

Ümummilli Lider Azərbaycanın müasir, müstəqil demokratik dövlət quruculuğuna malik ölkəyə çevrilməsi üçün əhalinin bütün təbəqələrinə, xüsusilə siyasi qüvvələrə partiyalara xitabən deyirdi: "Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın".

Tarixi-fəlsəfi nəzəriyyələrdən məlumdur ki, millətin formalaşması, mövcudluğu üçün ərazi, dil adət-ənənə varlığı əsas şərtdir. Bu səbəbdən milli ideologiyanın əsas komponentləri - milli dövlətçilik, milli-mənəvi dəyərlərdir. Dövlətçiliyi, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini qoruyub möhkəmləndirmək hər bir vətəndaşın, cəmiyyətin, dövlətin borcudur. Hər bir vətəndaş da özündə milli vətənpərvərlik hissləri formalaşdırmaqla dövlətçilik hissi yaşadır. Digər komponent olan milli-mənəvi dəyərlərin qorunub saxlanması inkişaf etdirilməsi prioritetdir. Çünki bunlarsız millətin varlığı sual doğurur. Bir sözlə, milli dövlətçiliklə milli-mənəvi dəyərlər arasında sıx daxili bağlılıq mövcuddur. Milli dövlət ərazinin, iqtisadi münasibətlərin, həyata keçirilən sosial-iqtisadi proqramların qorunmasını reallaşmasını ehtiva edirsə, milli-mənəvi dəyərlər müstəqil inkişafın təminatına xüsusi təkan verir.

Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq milli ideologiyanın ən mühüm istiqamətlərindəndir. Əsrlərlə Azərbaycanda yaşayan xalqların ümumi mənəviyyat, adət-ənənə, din həyat tərzi sayəsində "azərbaycanlı" adı altında birləşməsi tarixi zərurətdir. Çünki Azərbaycanda yaşayan xalqların milli şüurunda, ictimai psixologiyasında, onların həqiqi istək arzularında, biz sözlə, gerçək həyatda bu, özünü doğrultmuşdur. Azərbaycançılıq milli dövlətçilik hissinin formalaşması, etnik-milli bütövləşmə ilə yanaşı, ölkə miqyasında Azərbaycan dilinin dövlət dili kimi mövqeyini möhkəmləndirir.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə zahirən ideologiya termininin işlənməməsi həmin məzmunun olmaması demək deyil. Çox vaxt formaca müxtəlif, məzmunca identik istilahlar işlədilir. Bəzən ideologiya anlayışı ideya ilə adekvatlaşdırılır. İşlənmə kontekstindən yanaşdıqda məlum olur ki, hansısa böyük ya kiçik məzmunlu ideya əvəzinə, ideya-siyasi sistem nəzərdə tutulur. Analoji istilahlar bunlardır: siyasi-nəzəri dünyagörüş, ictimai-siyasi meyarlar, siyasi təfəkkür normaları, sosial dəyərlər s.

Bu, bir tərəfdən onunla izah olunur ki, xarici ölkələrdə anlayışlar, istilahlar dəqiq elmi terminlər kimi birmənalı ifadə olunmur. Yeri gəlmişkən, qeyd edək ki, təbiət elmləri sahəsində həmin vəziyyət hiss olunmaqdadır.

Aydındır ki, dünyagörüş, təfəkkür, intellekt, mədəni-mənəvi mühit bu qəbildən olan digər meyarlar ictimai-siyasi fikrin, sosial-siyasi gerçəkliyin təsirindən meydana gəlir formalaşır. Deməli, sadaladığımız istilahlar da dolayısı ilə ideologiya funksiyasını yerinə yetirir. Ancaq milli zəmində, ictimai mühitin özündən yaranan, təqlid olmayan ideologiyalar milli ideologiya səviyyəsinə yüksələ bilir. Bunun qədər məsuliyyətli vacib olduğunu nəzərə alan Prezident Heydər Əliyev milli ideologiyanın formalaşdırılması üçün düşünən beyinləri, alimləri, o cümlədən təhsil sahəsində çalışan müəllim ordusunu da fəaliyyət göstərməyə cəlb edirdi. Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirməyin lazım olduğunu deməklə onun konturlarını da qeyd edirdi: "Bizim milli ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulmalıdır".

Ulu öndər Heydər Əliyevin böyük siyasətdə ən mühüm uğurlarından biri xalqın gücünü, qüdrətini, o cümlədən iqtisadi, intellektual, mədəni-mənəvi potensialını, vətənpərvərlik hisslərini, yəni bütün sahələrdəki potensialı vahid istiqamətdə, vahid amal, məqsəd uğrunda səfərbər etməyi bacarması idi.

Tarixi şəxsiyyətlərin ictimai şüura təsiri bəzən o səviyyədə olur ki, insanların şüurunda mövcud olan düşüncə, fikir amalları, məramları aşkara çıxarmaqla dəqiq formalaşmış ideologiya qaydasında təqdim edə bilir. Həmçinin bunu xalqın milli mənafeyi, müvəffəqiyyət formulu kimi dəyərləndirməklə ümummilli ideologiyanı müəyyənləşdirir. Bəllidir ki, irəli sürülən ideologiya ən adi olsa belə, həyata keçirilməsi zamanı nəticənin əldə olunması xalqın ona hazır olub-olmamasından necə qavranılmasından asılıdır.

Fərqli mədəniyyətlərin dinlərin nümayəndələrinin Azərbaycanın ərazisində yığcam yaşaması, fikir mübadiləsi etməsi, qohumluğu s. kimi amillər tarixən korporativ cəmiyyətin yaranması üçün təbii zəminlər olmuşdur. İki müxtəlif sivilizasiyanın qovuşuğunda yerləşən ölkəmizin tarixi coğrafiyası da bunu sübut edir. Əsas ideoloji tezis tarixən bu müqəddəs məkanda yaşayan buranı özlərinin Vətəni hesab edən, onun adı ilə adlanmağa hazır olan bütün xalqların maddi mənəvi irsi ilə müəyyənləşməlidir.

 

Milli mənsubluqla bəşəriliyin sintezi

Vətən təəssübünü, qeyrətini vətəndaş həmrəyliyini hər şeydən, bütün hisslərdən uca tutmağı təlqin edən insanları buna inandırmağı bacaran ideologiya olmalıdır. Bir sözlə, ideologiya Azərbaycan reallığının özünü əks etdirməli, yəni Azərbaycanın özü olmalıdır.

Məhz ulu öndər əvvəlki lokal yanaşmalardan fərqli olaraq, regional qlobal mövqedən çıxış edərək müxtəlifmillətli, müxtəlifdinli, müxtəlifdilli müxtəlifəqidəli insanların yaşadığı Azərbaycan reallığının özündən irəli gələn azərbaycançılıq ideologiyası ilə cəmiyyətdə yaranan boşluğu aradan qaldırmağa nail oldu.

Azərbaycançılıq - hansı dini cərəyana, milli mədəniyyətə milli tarixə mənsub olmalarından asılı olmayaraq, Azərbaycan sakinlərinin əksəriyyətinə xas ən ümumi cəhətlərin sintezidir. Bu ideyanın parametrlərini Ulu Öndər kompakt şəkildə ifadə etmişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm bütün dünyada yaşayan soydaşlarımız üçün əsas ideya olubdur". Deməli, müxtəlif ənənələr cəmiyyətdə təcrid olunmuş qaydada deyil, bir-biri ilə həmahəng formada təzahür edir. Bu ideologiya insanın özünə, daxili aləminə, imkanlarına əməllərinə əsaslanmaqla milli mədəniyyət meyillərin, dini iqtisadi münasibətlərin, müxtəlif siyasi-iqtisadi formasiyalarda cəmiyyətin inkişafının spektrlərini özündə saxlayır. Bu ideologiyanın həyat qabiliyyətli olmasının əsas səbəbi Azərbaycan ənənələrinin geniş tarixinə əsaslanması baş verən dəyişikliklərə dərhal münasibət bildirməklə çevik adaptasiya olunmasıdır.

Obrazlı desək, azərbaycançılıq ilk baxışda müxtəlif rənglərdən ibarət olan, yəni spektrləri sezilməyən vahid işıq selini xatırladır. Riyaziyyatçıların dili ilə desək, azərbaycançılıq çoxdəyişənli sabit mənsubiyyət funksiyasıdır. Bu funksiyanın arqumentləri çox olsa da, onun yeganə sabit qiyməti konkret ölkəyə, vətənə, diyara, onun tarixinə, insanına, ruhuna mənsubiyyətdiryəni azərbaycançılıqdır.

Azərbaycançılıq kiçik ölkənin gələcək inkişafı naminə ümumdövlət ideyalarının reallaşdırılması ilə əlaqədar ictimai dəyərlər toplusudur. Bu ideologiya cəmiyyətin dövlətin marağı naminə real işlər haqqında təlim olmaqla tərəfdarlarının hər biri digərlərinin səsini, sözünü deməyə qabildir. Yaponizm, amerikanizm belə təlimlərdəndir. Ancaq milli maraqlar üzərində bərqərar olmayan ideologiya keçicidir. Cəmiyyət üzərində isə sözlərin deyil, yalnız ideyaların möhkəm hakimiyyətə malik olduğu bəllidir. Bir sözlə, azərbaycançılıq ideologiyası birləşdiricilik amili, Vətən təəssübkeşliyi hissi kimi təbliğ şərh olunmalıdır.

Prezident Heydər Əliyev Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə ehtiva edən azərbaycançılığı daha geniş formada belə xarakterizə etmişdi: "Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək hər bir insanın inkişafının təmin olunması deməkdir".

Ötən əsrdə 80-ci illərin sonu - 90- illərin əvvəllərində kommunizm ideologiyasının iflasından sonra ölkəmizdə vətəndaşları çətin vəziyyətdə, zorən cəlb olunduğumuz müharibə şəraitində birləşdirməyə qabil olan bir ideologiya olmadığından yeni yaradılan orduda da, ölkədə qüvvələrin parçalanması prosesi getdi. Yeri gəlmişkən, qeyd edək ki, həmin dövrdə erməni təcavüzkarlarının, işğalçılarının qazandıqları müvəqqəti uğurların fundamentində illərlə apardıqları millətçilik ideologiyasının - "türk düşməndir" ideologiyasının özü dayanırdı. Bütöv bir nəslin təfəkküründə bu ideologiya artıq formalaşmışdır.

Azərbaycançılıq ideologiyasının özəyində vətən qeyrəti, təəssübü, vətəndaş birliyi həmrəyliyi dayanır. Bu isə o deməkdir ki, ümumən Vətən üçün iftixar hissi azərbaycançılığın ana xəttidir. Azərbaycançılıq ideologiyasının bu gücünə xüsusi önəm verən Ümummilli Lider Azərbaycanın bütün vətəndaşlarına xitabən deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".

Yüksək vətənpərvərlik hissləri, ali vətəndaşlıq humanizm bilavasitə düşmənə qarşı barışmaz mübarizlik tərbiyəsidir. bu, birbaşa düşmənçilik hissi tərbiyə etməkdən daha vacibdir. Buna görə azərbaycançılıq ideologiyası sadaladığımız keyfiyyətlərlə yanaşı, digər üstün əxlaqi dəyərləri özündə ehtiva etdiyindən səfərbəredici qüvvəsi çox böyükdür.

Azərbaycançılıq ideologiyasından qaynaqlanan daxili həmrəyliyimiz, milli birliyimiz, vahid amal uğrunda mübarizliyimiz imkan vermədi ki, Azərbaycanı olduğu kimi deyil, istədikləri kimi görmək arzusunda olan bəzi xarici dairələr ölkəmizdə öz çirkin niyyətlərini həyata keçirsinlər. Güclü siyasi iradə, xalq-iqtidar birliyi olmasaydı, torpaqlarımızın işğalçılardan azad edilməsi çox çətinləşərdi, hətta mümkün belə olmazdı.

Nəzərə alaq ki, ordunun maddi-texniki bazasını gücləndirmək ordu quruculuğunda qədər vacibdirsə, ondan da vacib ordunun döyüş qabiliyyəti döyüşkən ruhudur. Çünki torpaqlarımızın ilhaqına yol verməmək üçün heç nədən qorxmadan sinəsini qabağa verib, əlində silah bayraqla düşməni qovan da, məhv edən , fədakarlıq, qəhrəmanlıq göstərən Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Bu baxımdan, ulu öndər tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası sayəsində orduda formalaşan yüksək vətənpərvərlik tərbiyəsi 44 günlük Vətən müharibəsində Zəfərə yol açmaqda əsas həlledici amillərdən oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bir parçası olmaqla, onun iradəsini, əzmini, vətənpərvərliyini, bir sözlə, özünü əks etdirən ordumuz xalqımızı 44 günə Qalib Xalqa çevirməklə böyük mənəvi zövq yaşatdı, haqlı olması ilə yanaşı, özünə güvənən, özünə inanan, qürurla yaşamağı həyat amalı seçən yeni insan, vətəndaş formalaşması prosesini başlatdı.

Azərbaycançılıq ideologiyası həyat tərzinə çevrilən ölkəmizin çoxmillətli, çoxkonfessiyalı olması müharibədə öz özəlliklərini büruzə verdi. Bu cür yüksək mənəvi keyfiyyətlərdən məhrum olan monodövlət Ermənistan isə belə böyük sərvətlərdən, dəyərlərdən bixəbərdir. Yanlış ideoloji ruhda formalaşdırılan cəmiyyətdə 11000-dən artıq fərrarisinin olması təbii haldır. Bizdə isə bütün xalqların, millətlərin nümayəndələri birlik, cəsarət göstərərək, düşmənlə vuruşaraq, qəhrəmanlıqla Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycançılığın üstünlüklərindən biri məhz budur.

Vətən müharibəsi bütün dünyaya sübut etdi ki, bu cür ideologiyanı əxz edən, onun ətrafında sıx birlik nümayiş etdirən Azərbaycan xalqı böyükdür, güclüdür, yenilməzdir, dəmir iradəlidir nəhayət, ordusu ilə birlikdə müzəffərdir.

Hümbət MUSAYEV.