Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib
Siyasət

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirilib

Mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda Özbəkistanın mədəniyyət günlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında görüş keçirilib.

"Respublika" xəbər verir ki, görüşdə ölkələrimizin ortaq tarixə, mədəni köklərə, oxşar adət-ənənələrə malik olduğu qeyd edilmiş, mədəni münasibətlərin günü-gündən daha da dərinləşməsindən, bu istiqamətdə aparılan işlərdən söz açılıb.

Qeyd olunub ki, daim dostluq və qardaşlıq şəraitində yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin, xüsusilə də mədəni əlaqələrin uğurla inkişaf etməsində dövlət başçılarımızın mehriban münasibəti xüsusi rol oynayır və bu münasibətlər nəticəsində mədəni əlaqələr daha geniş müstəvilərə daşınır.