Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 1056) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 13-1-ci, 13-2-ci, 17-1-ci və 17-2-ci hissələr əlavə edilsin:
“13-1. Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.
13-2. Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.
17-1. Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).
17-2. Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).
2. 14-17-ci hissələrdə və “Naxçıvan Muxtar Respublikası üzrə” 5-ci hissədə “Aeroportunda” sözü “Hava Limanında” sözləri ilə əvəz edilsin.
3. “Liman məntəqələri üzrə” 2-ci hissədə “Nobel” sözü “8 Noyabr” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 may 2022-ci il