AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir
Digər xəbərlər

AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb. Bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahət üçün ən yaxşı vaxtı seçə biləcəklər.

Kişineuya reyslərə biletləri "Azərbaycan Hava Yolları"nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.