ANAMA - Təhlükəli ərazilərə daxil olmayın, naməlum əşyala toxunmayın
Məlumat

ANAMA - Təhlükəli ərazilərə daxil olmayın, naməlum əşyala toxunmayın

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Məlumata əsasən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

l Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

l Yalnız gündəlik işlək yollardan istifadə edin!

l Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

l Naməlum əşyalara toxunmayın!

l Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!