Amerika Azərbaycan Cəmiyyətinin üzvü, Nyu-York şəhər meriyasında protokol departamentinin rəhbəri Rəna Abbasovadan
Məktublar

Amerika Azərbaycan Cəmiyyətinin üzvü, Nyu-York şəhər meriyasında protokol departamentinin rəhbəri Rəna Abbasovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Azərbaycanda bayramlar bir-birini əvəz edir. Sizin rəhbərliyinizlə şanlı Ordumuz Zəfər tarixi yazdı, bütün dünya azərbaycanlılarına Qələbə sevinci yaşatdı. Bu gün Azərbaycan xalqı xoş əhvali-ruhiyyə ilə gözəl günlər yaşayır. Əldə olunan bütün uğurlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.

Hörmətli Prezident, Azərbaycan diasporunun ABŞ-da fəalı olaraq “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğuma, fəaliyyətimə göstərilən diqqətə görə minnətdarlığımı bildirirəm. Bu diqqət Azərbaycanla bağlı həqiqətlərin ABŞ-da təbliğ edilməsi yolunda məni daha da ruhlandırır və məsuliyyətimi artırır.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, Vətən, xalq naminə görəcəyiniz işlərdə uğurlar, həmçinin qarşıdan gələn prezident seçkilərində qələbə arzulayıram.

Dərin hörmətlə,

Rəna ABBASOVA,

Amerika Azərbaycan Cəmiyyətinin üzvü,

Nyu-York şəhər meriyasında protokol departamentinin

rəhbəri.