Almaniyadan Ukraynaya növbəti hərbi yardım paketi
Dünya xəbərləri

Almaniyadan Ukraynaya növbəti hərbi yardım paketi

Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb. 

“Respublika” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Bildirilib ki, hərbi yardıma 10 ədəd “Leopard 1А5” tankı, zirehli maşınlar üçün 20 ədəd “MG3” pulemyotu, 1035 ədəd 155 mm-lik top mərmiləri və sursatlar, 12 qoşqu və körpü sistemi, 10 radar, 16 “Zetros” yük maşını, 100 min ilk tibbi yardım dəsti daxildir. 

Qeyd edək ki, Almaniya Ukraynaya sonuncu yardım paketini iyulun 13-də təsdiqləyib. 

Jalə QASIMZADƏ, 
“Respublika”.