Almaniyada “Tube 2024” sərgisində Azərbaycan təmsil olunub
İqtisadiyyat

Almaniyada “Tube 2024” sərgisində Azərbaycan təmsil olunub

Aprelin 15-19-da Almaniyanın Düsseldorf şəhərində metallurgiya sektorunun ən böyük sərgisi olan “Tube 2024” keçirilib. Azərbaycanı sözügedən sərgidə Qafqazın ən iri və qabaqcıl metallurgiya şirkəti “Baku Steel Company” QSC (BSC) təmsil edib.

Dünyanın 60 ölkəsindən 2 600-dən çox şirkətin öz xidmət və məhsullarını sərgilədiyi “Tube 2024”də BSC nümayəndələri təmsil etdikləri şirkətin məhsulları, həmçinin bütövlükdə Azərbaycanın metallurgiya sektoru və onun imkanları barədə məlumatlar verilib.

Sözügedən sərgidə eko-metallar, hidrogen, borular, kəsmə və emal texnologiyaları, paslanmayan polad və s. kimi aktual mövzularda rəqəmsallaşma istiqamətində yeni həllərlə bağlı xəbərlər və tendensiyalar haqqında məlumat verilib.