ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Bədir Məmmədlidən
Məktublar

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Bədir Məmmədlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının ötən illərdə əldə etdiyi nailiyyətlər dünya azərbaycanlıları üçün sevindirici və qürurvericidir.

Cənab Prezident, Siz xaricdəki Azərbaycan diasporuna hər zaman xüsusi diqqət göstərirsiniz. “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilənlər sırasında ABŞ-da diaspor fəalı olaraq mən də varam.

Bu diqqət Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlarda yayılması, ölkəmizin təbliği işində məni daha çox ruhlandırır.

Fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər və qarşıdan gələn prezident seçkilərində qələbə arzulayıram.

Dərin hörmətlə,

Bədir MƏMMƏDLİ,

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və

İdarə Heyətinin üzvü.