AAYDA-də işgüzar görüş keçirilib
Digər xəbərlər

AAYDA-də işgüzar görüş keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov "TYPSA" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə regional direktoru Alexandro Martin Roalezi  qəbul edib. 19 iyun Agentlikdən verilən məlumatda bildirilir.

İdarə Heyətinin sədri Saleh Məmmədov qonağı salamlayaraq, rəhbərlik etdiyi qurum, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri Saleh Məmmədov, 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən avtomobil yolu layihələrinin tikintisi ilə bağlı görülən işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlar arası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük ölçüdə töhfə verəcəyini qeyd edib.

Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq həyata keçirilən yol infrastrukturu layihələrinin əhəmiyyətindən danışıb. Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Respublika”.