Rusiya sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi başa çatıb
Gündəm

Rusiya sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi başa çatıb

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə "Respublika"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.