Azərbaycan klubu daha bir futbolçu ilə yeni müqavilə imzalayıb
İdman

Azərbaycan klubu daha bir futbolçu ilə yeni müqavilə imzalayıb

"Turan Tovuz" komandası daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Klubun mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, ispaniyalı yarmmüdafiəçi Alexandro Serrano 2024-2025-ci illər mövsümündə də bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Aleks Souza ilə 2, Şəhriyar Əliyevlə "1+1", Emmanuel Hakmanla 1 illik sözləşmə imzalayıb.