Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məşhər divanı: Yalanın 17 anı” əsərinin səhnə təcəssümü nümayiş etdirilib
Mədəniyyət

Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məşhər divanı: Yalanın 17 anı” əsərinin səhnə təcəssümü nümayiş etdirilib

Aprelin 24-də Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məşhər divanı: Yalanın 17 anı” kitabının təqdimat mərasimi baş tutub.

"Respublika" xəbər verir ki, mərasimdə əsərin səhnə təcəssümü nümayiş etdirilib. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, hüquq müdafiəçisi Novella Cəfəroğlu, ölkəmizdə kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, şair Fəxrəddin Meydanlı və digər rəsmi qonaqlar iştirak edib. Tədbirdə İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbəni bir daha qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı, “Məşhər divanı: Yalanın 17 anı” kitabının əhəmiyyəti vurğulanın, onun tarixi hadisələrin sintezindən ibarət olduğu qeyd edilib. 

Nəzrin Eldarqızı,

"Respublika".