Teslanın gəliri ilin birinci rübündə 55 faiz azalıb
Dünya xəbərləri

Teslanın gəliri ilin birinci rübündə 55 faiz azalıb

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" nın əldə etdiyi gəliri qlobal satışların azalması və qiymətlərin ucuzlaşmasının təsiri ilə bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz azalıb.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, "Tesla" nın bu ilin birinci rübü üçün verdiyi balans hesabatında şirkətin gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9 azalaraq 21,3 milyard dollara düşüb. Elektrikli avtomobil istehsalçısı 2024-cü ilin birinci rübündə qlobal miqyasda 433 min 371 avtomobil istehsal etdiyi halda, 386 min 810 avtomobil tədarük edib. Açıqlamada şirkətin gələcəkdə böyüməsi üçün birinci rübdə süni intellekt infrastrukturu, istehsal gücü, enerji şəbəkəsi və yeni məhsul infrastrukturu da daxil olmaqla 2,8 milyard dollar əsaslı xərclə sərmayə qoyduğu və bu yaxınlarda xərclərin azaldılmasına nail olduğu bildirilib.

"Biz son nəticədə yeni, daha sərfəli məhsullar təklif etmək üçün mövcud fabriklərdən və istehsal xətlərinin istifadəsi də daxil olmaqla, gəlirli artıma diqqət yetirmişik”, - deyə məlumatda bildirilir.

Arzu BAXŞIYEVA,

"Respublika".