Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
Elm və təhsil

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi.

"Respublika" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.