32-Cİ GÜN. RETROSPEKTİV
Tarix

32-Cİ GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 mart

  • Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Qlobal sferada etibarlı dost və tərəfdaş ölkə

2022-ci ildən Məşvərət Şurasının toplantısı əvvəlki iclaslardan fərqli fonda keçirilir. Bunun da səbəbi ondan ibarətdir ki, TAP-ın istifadəyə verilməsilə layihənin bütün seqmentləri fəaliyyət göstərir. Məşvərət Şurasının VIII toplantısından etibarən istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsinin gələcək inkişafı müzakirə edilir və onun genişləndirilməsi, şaxələndirilməsi imkanları nəzərdən keçirilir. Bununla yanaşı, artıq ikinci ildir ki, "yaşıl enerji" ilə bağlı Məşvərət Şurasında müzakirələr aparılır. Martın 1-də isə paytaxt Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

2 mart

  • Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib.

3 mart

  • Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu başa çatıb.
  • Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb.

4 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.
  • Prezident İlham Əliyev Pakistanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Şahbaz Şərifi təbrik edib.

5 mart

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edib.
  • Xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi qanunsuz binalar sökülüb.
  • Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Bakıya gətirilib.

6 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
  • Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktub ünvanlayıb.

7 mart

  • Prezident İlham Əliyev "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
  • Prezident İlham Əliyev "Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
  • Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 7-ci görüşü keçirilib.

8 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.
  • XİN Fransanın qərəzli bəyanatlarını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

9 mart

  • Xankəndidə silah-sursat aşkarlanıb.

10 mart

  • "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edərək şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

11 mart

  • Azərbaycana səfərə gələn Qaza
  • xıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
  • Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.
  • Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva BMT-nin Cenevrə şəhərindəki bölməsində miqrasiya ilə bağlı keçirilən yüksək səviyyəli görüşdə Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı çıxış edib.

12 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Dostluq və qardaşlığın ən yeni mərhələsi

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

Yenidən Prezident seçilən İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində diqqəti Türk dünyası ilə bağlı ölkəmizin siyasətinə yönəldib. TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

13 mart

  • Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
  • Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib.
  • Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olduğunu bildirib.

14 mart

  • Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Qlobal Bakı Forumu - dövrün tələbinə uyğun beynəlxalq platforma

Martın 14-16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda bu Forumun əhəmiyyəti olduqca böyükdür. Forum qloballaşan dünyamızda və həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni bir baxış bucağı idi. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bir sıra mühüm məqamlara toxunub. Ölkə başçımız Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

  • Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
  • Milli Məclis Avropa Parlamentinin "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməsinə dair açıqlama verib.

15 mart

  • Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Bakı Bəyannaməsi imzalanıb.
  • XI Qlobal Bakı Forumu çərçivəsində martın 15-də "Hər kəs üçün sağlamlıq" mövzusunda növbəti panel iclası keçirilib.

16 mart

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib.
  • XI Qlobal Bakı Forumu çərçivəsində "Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları" mövzusunda panel iclas keçirilib.

17 mart

  • Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
  • Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib.

18 mart

  • Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Məkrli niyyətlər kül oldu

Novruzu müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası şəraitində qeyd edirik. Martın 18-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını alovlandırması isə bayram əhvali-ruhiyyəsini ikiqat artırmış oldu. Çünki uzun illər idi ki, Xankəndi erməni separatizminin yuvasına çevrilmişdi. Artıq bu ağrılı-acılı günlər arxada qaldı.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Xankəndidə təkcə Novruz tonqalını deyil, necə deyərlər, düşməni də "alovlandırdı". Nitq söylədiyi meydanı "Zəfər meydanı" adlandıran ölkə başçımız bildirdi ki, məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Bu gün isə biz bu meydanda dayanmışıq.

wErmənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə sərhəd bölgələrə səfər edib.

19 mart

  • Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sədri seçilib.

20 mart

  • Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ermənistan spikerini sülhə dəstək verən çıxış etməyə çağırıb.

21 mart

  • Xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
  • "China Media Group" media korporasiyasının ingilisdilli CGTN kanalının "Mərkəz" proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.

22 mart

  • Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib.
  • Azərbaycanın Xarici İşlər Nazirliyi Moskvada "Crocus City Hall"da baş verən dəhşətli hücumu qətiyyətlə pisləyib.

23 mart

  • Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub.

24 mart

  • Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxış edib.
  • Çin Azərbaycanda günəş elektrik stansiyası üçün panellər tədarük edib.

25 mart

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
  • Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb.

26 mart

  • Çin Kommunist Partiyasının rəsmi nəşri "Global Times" qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında "Dostluğun qızıl standartı" adlı məqalə dərc edib.
  • ANAMA ötən həftə 462,1 hektar ərazinin mina və partlamamış hərbi sursatdan təmizləndiyini bildirib.
  • Qərbi Azərbaycan İcması Toivo Klaarın anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayıb.

27 mart

  • Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcəyini güman etməyin sadəlövhlük olduğunu bildirib.
  • XİN Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrupun hesabatında yer alan iddiaları qətiyyətlə pisləyib.
  • Fransanın "Le Figaro" qəzetində "Dağlıq Qarabağın yox olması, qeyri-mümkün fransız vədinin xronikası" sərlövhəli məqalə dərc edilib.

28 mart

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix" telekanalına müsahibə verib.

Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələri uğurla inkişaf edir

Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi dövlət müstəqilliyinin bərpasından sonra, yəni 1991-ci ildən başlayıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Prezident Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Dövlət başçısı İlham Əliyev isə Çinə 2 dəfə (2005, 2015) rəsmi səfər etməklə yanaşı, bir neçə dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkədə olub. Çinin diplomatik heyəti xarici işlər naziri səviyyəsində Azərbaycanda 4 dəfə (1996, 2004, 2010 və 2019) səfərdə olub.

İki ölkə arasındakı münasibətlərdə daha çox iqtisadi əlaqələr diqqət çəkir. 2013-cü ildə Çin lideri tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsində Çin və Azərbaycan uğurla əməkdaşlıq edir.

29 mart

  • Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
  • Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub.

30 mart

  • Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
  • Laçın şəhərinə daha 21 ailə (68 nəfər), Laçın rayonunun Zabux kəndinə isə 4 ailə (11 nəfər) köçürülüb.

31 mart

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

"Evelina" bəhanəsi ilə pərdələnmiş Mart soyqırımı

31 Mart soyqırımından əvvəl bolşeviklər Azərbaycanda malakanların yaşadığı ərazilərə gizli məlumat göndərmişdilər ki, müsəlmanlar Bakıda rusları öldürməyə hazırlaşırlar. Şayiələr getdikcə böyüyərək ermənilərin də qulağına çatdı. Xəzər matrosları, eser-menşevik partiyalarının ortaq təbliğatı yeni qətliama zəmin yaratdı. Artıq hadisələrin alovlanmasına bir qığılcım kifayət edirdi.

Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev şəhərdə baş verən ixtilafda erməni silahlı dəstələri tərəfindən qətlə yetirildi. Martın 27-nə təyin edilən dəfndə iştirak edəcək müsəlman alayının zabitləri Lənkərandan Bakıya gəldilər. Dəfndən sonra zabitlər "Evelina" gəmisi ilə geri qayıtmalı idilər. Lakin Bakıda həmin dövrdə "ağalıq" edən Stepan Şaumyan zabitlərin tərk-silah edilməsi barədə göstəriş verdi. Bu hadisə şəhərin müsəlman əhalisini hərəkətə gətirdi, qanlı Mart soyqırımı məhz bu göstərişdən sonra başladı.

“Respublika”.