AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Anadolu Agentliyi": Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə və Xocalıda Azər baycan bayrağını ucaltdı

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı işğalçı rejimin vaxtilə "paytaxt" hesab etdiyi Xankəndi şəhərində və 1992-ci ildə 613 dinc sakinin qətlə yetirildiyi Xocalıda Azərbaycan bayrağını qaldırıb.

İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə sentyabrın 19-da keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan ordusunun nəzarətinə keçən rayonlara səfər edib.

"CNN Türk": İlham Əliyev Azərbaycanbayrağını Xankəndidə və Xocalıda dalğalandırıb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun nəzarətinə götürdüyü rayonlara ilk səfərini edib.

Bu barədə Türkiyənin "CNN Türk" nəşri məlumat yayıb. Xəbərdə qeyd olunub ki, dövlət başçımız Şuşanın Malıbəyli kəndində və Xankəndinin Kərkicahan şəhərində olub. Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb, daha sonra 1992-ci ildə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı şəhərinə baş çəkib. Yazıda o da qeyd olunub ki, İlham Əliyev, həmçinin Əsgəran və Ağdərə şəhərlərində də üçrəngli Azərbaycan bayrağını dalğalandırıb.

Xatırladaq ki, Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda keçirdiyi 24 saatlıq antiterror tədbirlərindən sonra erməni silahlı dəstələri təslim olub. Bundan sonra Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni əhalisinin təmsilçiləri arasında dialoq başlayıb. Nəticədə, sentyabrın 28-də işğalçı rejim qondarma respublikanı buraxdığını açıqlayıb. 

"Abcnews.com": Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə bayraq ucaltdı

Bazar günü, oktyabrın 15-də Azərbaycan lideri üçrəngli bayrağımızı Xankəndidə qaldırıb.

Bu barədə "Abcnews" xəbər saytı məlumat yayıb. Qarabağ bölgəsi işğaldan sonra 1994-cü ildə etnik erməni qüvvələrinin nəzarəti altında separatçı dövlətə çevrildi. 2020-ci ildə baş verən növbəti müharibə ərazinin çox hissəsinin nəzarətini Azərbaycana qaytardı.

"Reuters": İlham Əliyev Qarabağda Azərbaycan bayrağını qaldırdı

Ötən ay lokal xarakterli antiterror tədbirlərlə ərazinin Azərbaycanın nəzarətinə qaytarılmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev bazar günü keçmiş separatçı Dağlıq Qarabağın "paytaxtında" dövlət bayrağını qaldırıb.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını qaldırıb və nitq söyləyib", - prezident aparatından bildirilib.

"U.S. News": Azərbaycan Prezidenti Xankəndidə Dövlət Bayrağını ucaldıb

"U.S. News" xəbər saytı Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltması haqqında xəbər yayımlayıb. Yazıda qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz Dövlət Bayrağını keçmiş separatçı rejimin "paytaxt"ının üzərində qaldıraraq Bakının bura nəzarət etdiyini təsdiqləyib. Bundan başqa, xəbərdə ölkə başçısının Xankəndidən nitqi, Birinci və İkinci Qarabağ müharibəsi həmçinin antiterror tədbirləri haqqında əlavə məlumatlar yer alıb.

“Vestnik Kafkaza”: Prezident İlham Əliyev: 20 il ərzində qarşıya qoyulan bütün hədəfləri yerinə yetirmişəm

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır. İlham Əliyevin qarşıya qoyduğu bütün hədəflər yerinə yetirilib. Bu barədə Azərbaycan Prezidenti Xankəndidə bayrağın qaldırılması mərasimindən sonra çıxışında deyib.

"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".

Prezident İlham Əliyev vurğulayıb ki, ölkə hər gün, hər saat bu müqəddəs məqsədə doğru irəliləyərək və hər bir Azərbaycan vətəndaşı öz işi ilə buna nail olub.

"Euractiv": Qalib İlham Əliyev deyir ki, Qarabağda Azərbaycanın arzuları gerçəkləşib

Qalib Prezident İlham Əliyev 15 oktyabrda Xankəndidə ölkəsinin bayrağını qaldırarkən Azərbaycanın arzusuna nail olduğunu bildirib.

Hərbi geyimdə olan lider mavi-qırmızı-yaşıl bayrağı dalğalandıraraq, keçən ay keçirilən antiterror tədbirlərinin nəticəsini möhkəmləndirdi.

"Respublika".