Region

"AÇIQ QAPI” GÜNÜ

Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. Yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər və media nümayəndələri iştirak edib.

Tədris şöbəsinin müdiri Raqif Hüseynov dəyirmi masada əvvəlcə imtahan prosesi barədə məlumatlar verib. Bildirib ki, gün ərzində 800-ə yaxın tələbə test və yazılı qaydada imtahanlarda iştirak edir. R.Hüseynov vurğulayıb ki, sonuncu kursların Yekun Dövlət Attestasiya İmtahanları 3 gün ərzində davam edəcək bu imtahanların da nəzarət altında obyektiv  keçirilməsi təmin olunacaq. Qeyd edib ki, imtahanların şəffaf,  obyektiə və qərəzsiz  keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına 2 iyunda start verilib. Proses 5 iyuladək davam edəcək.

                                  Zabit XƏLİLOV,

 “Respublika”.