“Heydər Əliyev ili” çərçivəsində tədbir
Region

“Heydər Əliyev ili” çərçivəsində tədbir

“Heydər Əliyev İli” və 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı və konsert keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək Ulu Öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-film nümayiş olunub.  

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə müasir müstəqil Azərbaycanın qurulması üçün misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin hakimiyyətə gəlişi ilə yeni müstəqlillik qazanmış Azərbaycanı qısa bir vaxtda inkişaf etmiş ölkələr sırasına gətirib çıxardığını qeyd edib.

Digər çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

M.NƏRİMANOĞLU,

“Respublika”.