Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib
Digər xəbərlər

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət qayğısı nəticəsində şəxsi heyətin xidməti sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən bir neçə yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, çətin relyefli ərazilərdə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Məntəqələr hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə müasir avadanlıq, mebel inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq əşya anbarları, hamam-sanitar qovşağı ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

General-polkovnik Z.Həsənov yerləşmə məntəqələrində şəxsi heyət üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

Sonra nazir hərbi qulluqçularla görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb. Dövlətimizin Başçısının diqqət qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan general-polkovnik Z.Həsənov bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Sonda müdafiə naziri döyüş növbətçiliyinin təşkili qoşunların döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.