İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Bakı-2023" komandamız üçün uğurlu olub

Bakıda keçirilən Avropa çempionatı Azərbaycan gimnastika tarixində ilklərlə yadda qalıb. Gənclərdən ibarət bədii gimnastika komandamız çoxnövçülükdə beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.

Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan Darya Sorokinanın üç lent iki topla hərəkətlərin icrasında qazandıqları Avropa çempionluğu ölkəmizin gimnastika tarixində qrup komandamızın qitə çempionatında qazandığı ilk qızıl medaldır.

Stolüstü tennisçimiz beynəlxalq yarışda bürünc medal qazanıb

Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən "WTT Youth Contender" turniri yekunlaşıb. Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb. İdmançımız bürünc medala layiq görülüb.

O, 22 ölkənin tennisçilərinin iştirak etdiyi turnirin yarımfinalında Cənubi Koreya təmsilçisinə uduzaraq bürünc medalla kifayətlənib. Qeyd edək ki, idmançımız "Eurotalent" seçimlərindən uğurla keçən Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.

Qaliblər bəlli olub

Azərbaycan Qılıncoynatma Federasiyası Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Bakı birinciliyinə yekun vurulub. Yarışlar qılıncoynatmanın sablya şpaqa növləri üzrə keçirilib. Sablyaçı oğlanların mübarizəsində Saleh Məmmədov, qızlar arasında isə Zərifə Hüseynova birinci olublar. Şpaqa yarışlarında Səid Əliyev Xədicə Həsənli qızıl medala yiyələniblər.

Ağırlıqqaldırma üzrə ölkə birinciliyi keçiriləcək

Mayın 25- yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürəcək. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunacaq yarışda ölkənin bütün şəhər rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər, UGİM-ləri təmsil edən 150- yaxın idmançı iştirak edəcək.

Üç gün davam edəcək yarışların keçirilməsində məqsəd yeniyetmə oğlan qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır

Nərgiz İSMAYILOVA,

"Respublika".