Müstəqilliyimizin memarı
Siyasət

Müstəqilliyimizin memarı

Ulu öndər Heydər Əliyev Azərbaycanın tarixində əvəzsiz rol oynayan, xalqın xilaskarı missiyasını şərəflə yerinə yetirən şəxsiyyətdir. Əsrlərin müdrikliyini özündə toplayan, milli iftixarımız, xalqımızın böyük oğlu Heydər Əliyev müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmış, xalqının ürəyində özünə məhəbbət, hörmət heykəli ucaltmışdır.

 Azərbaycanın inkişaf tarixinin parlaq dövrü ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə başlandı. Onun rəhbərliyə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı, mənəviyyatın tərəqqisi dövrü vüsət aldı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə başladı. Bugünkü qüdrətli Azərbaycanın ilk təməl daşları məhz həmin dövrdə atıldı.

1960- illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmalı, iqtisadiyyatın inkişafı üçün yeni yanaşma yolları işlənib hazırlanmalı idi. Xilaskar olmaq missiyası həyat amalına çevrilmiş Heydər Əliyev zamanın axarını dəyişdi. 1969-cu ildən bəri yaşanan dövr onun adı ilə sıx bağlıdır tariximizə Heydər Əliyev dövrü Azərbaycanın intibah dövrü kimi daxil olmuşdur. Hazırlanan uğurla həyat keçirilən strateji proqram sayəsində 1970-ci illərdə bütün Azərbaycan əzəmətli quruculuq meydanına çevrilmişdir. 1969-1982-ci illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə ölkədə 250-dən çox zavod, fabrik, istehsal sahələri, obyektlər istifadəyə verildi, 630 min yeri açıldı. Bu potensial gələcək Azərbaycanın çiçəklənməsi üçün möhkəm zəmin yaratmışdır.

Ulu öndərin fəaliyyətində milli kadrların yetişdirilməsi yerləşdirilməsi prioritet əhəmiyyət kəsb edirdi. Hakimiyyətə gəldiyi vaxtdan Heydər Əliyev ölkənin gələcək inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə xüsusi önəm verdi. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək 40 faiz təşkil edirdisə, bu rəqəm 1980-ci ilin əvvəlində 98 faizə yüksəldi.

Bu gün böyük qürur hissi keçirirəm ki, mən həmin dövrdə respublikamızdan kənarda təhsil alan gənclərdən biriyəm. 1976- ildə Bakı şəhərində indiki Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına klub)   ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən respublikadan kənarda təhsil almağa göndərilən məzunların yolasalma mərasimində ümummilli liderin verdiyi tövsiyələr, xeyir-dualar yolumuza işıq saçdı, bizi daha yaxşı oxumağa, ölkəmiz üçün yüksək savadlı kadr kimi yetişməyə zəmin yaratdı. Rostov vilayətinin Nova-Çerkask şəhərində yerləşən Meliorasiya Mühəndislik İnstitutunun meşə təsərrüfatı fakültəsində yüksək savadlı pedaqoqlardan aldığım biliklər, ulu öndərin örnək həyat fəaliyyəti, əbədiyaşar ideyaları bu gün həyatımda, işimdə mənə dayaq olmuşdur. O, uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlidən müəyyən edə bilmiş, milli tarix üçün böyük əhəmiyyətli qərarlar qəbul edərkən əsl vətənpərvər mövqeyi nümayiş etdirmişdir. Dahi liderin şəxsiyyətindəki qətiyyəti geniş kütlə qarşısında bədahətən, çox sadə dildə söylədiyi fikirlərdə öz əksini tapmışdır. Hər bir sahənin ayrılıqda təhlilini apararkən insanda onun güclü yaddaşı, məntiq üzərində qurulan düşüncələri həsəd doğururdu. Bu fenomen şəxsiyyətin amalı, Vətəni üçün çırpınan ürəyi həyatımızı həmişə işıqlandırmışdır.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək 1982-ci il 3 noyabrda SSRİ Nazirlər Kabinetinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Bu vəzifədə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı dərhal onların icrasına başladı. Xalq Heydər Əliyevi rəğbətlə qarşılayırdı, Azərbaycan xalqının tarixində HEYDƏR ƏLİYEV DÖVRÜ davam edirdi.

Milli-mənəvi dəyərləri, Vətən sevgisini şəxsi mənafeyindən üstün tutan Heydər Əliyev 1987-ci ilin oktyabrında Azərbaycana, azərbaycanlılara qarşı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verdi. Bu, bir daha sübut edirdi ki, ulu öndər çətin məqamlarda xalqının, Vətəninin taleyi üçün heç nədən çəkinməyərək zəruri addımlar atan əsl Azərbaycan oğludur.

Böyük Sovet imperiyasına qarşı hər kəsin aciz olduğu bir dönəmdə Bakıda törədilən qanlı təcavüzə qarşı dahi lider ilk haqq səsini ucaltdı. 1990- ilin 20 Yanvar faciəsi ilə bağlı yanvarın 21- Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransında sovet rəhbərliyinin bu qəddar hərəkətini, bu qanlı qırğını qətiyyətlə pislədi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi daim Heydər Əliyevi düşündürürdü. İllər sonra,1994- il martın 29-da "1990- il yanvarın 20- Bakıda törədilmiş faciəli hadisələr haqqında" qəbul edilən qərarda qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990- il iyulun 22- Naxçıvana qayıdan Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçildi. Naxçıvan Ali Soveti Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı dövlət rəmzi kimi qəbul olundu. Heydər Əliyev Ali Məclisə Sədr seçildikdən sonra qardaş Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verildi. 1992-ci il 28 Mayda ulu öndər Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə Araz çayı üzərində Azərbaycanı Türkiyə ilə bağlayan "Vüsal" körpüsü açıldı. Ulu öndərin böyük önəm verdiyi bu dostluq illər sonra da onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdi. Ulu öndərin dediyi: "Bir millət, iki dövlət" şüarı altında iki qardaş ölkə mənfur düşmənlərə qarşı bir yumruqda birləşərək Böyük Zəfərə nail olunacaqdı.

Xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gətirilən Heydər Əliyevin Vətən naminə mücadiləsində yeni - qızıl dövr başlandı. 1993- ilin iyunundan bu günədək davam etməkdə olan bu dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini - siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi tariximizdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi şərəfli bir ad qazandı. Bu şanlı tarixi missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. Məhz o zaman - 1993- ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi liderin əlinə keçdi. Xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Ulu öndərin 1993- ildə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın tarixi ənənələrini müasir Avropa dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün öncə insan hüquq azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. O, müdrikliklə deyirdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərək xalqın milli mentalitetini, səciyyəvi cəhətlərini nəzərə almışdır.

Ulu öndər cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması üçün siyasi, iqtisadi, sosial, hüquqi islahatların həyata keçirilməsini çox önəmli hesab edirdi. Bu məqsədlə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya gərgin fəaliyyətə başladı. 1995-ci il noyabrın 12- ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq cəmiyyət quruculuğunun bərqərar edilməsinin möhkəm təməlini qoydu.

Təsadüfi deyildir ki, ölkə həyatında baş verən bütün siyasi hadisələrdə partiya üzvləri öz məsul vəzifələrini yeni dövrün partiya rəhbərliyinin tələblərinə uyğun yerinə yetirirlər. YAP-ın əsas məqsədlərindən biri ümummilli lider Heydər Əliyevin irsinin təbliği təşviqidir. Bu yöndə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan sosial, mədəni, humanitar sahədə görülən işlər, təşəbbüslər ölkəmizin xalqımızın hərtərəfli inkişafına, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmişdir.

Azərbaycan xalqının əsrlər boyu inkişaf etdirib zənginləşdirdiyi multikulturalizm ənənələri ümummilli liderin rəhbərliyi dövründə dövlət siyasəti səviyyəsinə qaldırıldı. O, azərbaycançılıq amalını milli dövlətçilik ideologiyasının aparıcı istiqamətinə çevirdi. Məhz azərbaycançılıq amalı dövlətçiliyimizin dayaqlarını sarsıtmağa yönələn separatçılıq meyillərinin qarşısını almağa, çoxəsrlik multikulturalizm tolerantlıq ənənələrini yeni tarixi şəraitdə davam etdirməyə imkan verdi. Azərbaycanın çoxəsrlik tarixində ilk dəfə olaraq Azərbaycan diasporunun fəaliyyəti ideoloji cəhətdən əsaslandırıldı. Şahidi olduq ki, illər sonra ulu öndərin bu uzaqgörən siyasətinin nəticəsi öz bəhrəsini verdi. Əsası ümummilli lider tərəfindən qoyulan azərbaycançılıq ideologiyası 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.

Ümummilli lider müstəqil Azərbaycan gənclərini özü kimi vətənpərvər, milli ideologiya ətrafında birləşən milli dövlətçiliyə xidmət edən insanlar kimi görmək istəyirdi. O, gənclərin milli ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirir, onlarla görüşlərdə, çıxışlarında bu məsələni daim önə çəkirdi.

Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olmasıdır. Hələ Sovet İttifaqı dövründə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında 73- maddəni aşağıdakı tərkibdə verməyi təklif etmişdi: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan Əlifbası Azərbaycan Dili Günü"nün təsis edilməsi haqqında fərmanları ilə dövlət dili uğrunda ardıcıl mübarizə aparan Heydər Əliyev dilimizi özümüzə qaytardı. Ulu öndərin söylədiyi kimi: "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik Azərbaycan dilimiz var".

Planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Sosialyönümlülük prinsipini daim əsas tutan Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərərək sosial ziddiyyətlərin aradan qaldırılmasına rəvac vermişdir. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi, sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazasına əsaslanması, ikincisi, onun mükəmməl dünya təcrübəsində uğurlu sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsi idi.

Ulu öndər Heydər Əliyev ali liderlik fəaliyyətlərinə görə dünyanın ən uca zirvəsində dayanan dahi şəxsiyyətlərdəndir.

Bu gün fəxr edirik ki, ümummilli liderin Qarabağı erməni əsarətindən xilas etmək arzusu reallaşdı. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, işğal olunan torpaqlarının azad olunması ilə tarixin 200 illik zaman kəsiyinin axarını dəyişdi, Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

Dahi şəxsiyyətin varisi Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ torpağını gülüstana çevirir. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələrində bərpa yenidənqurma layihələri icra olunur. Qarabağ yaxın gələcəkdə "ağıllı region" kimi dünyada tanınacaqdır.

Ölkə başçısının qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır!" Müstəqil Azərbaycan ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. 2023- ilin "Heydər Əliyev İli" kimi qeyd edilməsi ümummilli liderimizin əziz xatirəsini böyük coşquyla yad etmək əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Musa ŞƏKİLİYEV,

Qax Rayon İcra Hakimiyyətinin başçısı.