Sən elə bir zirvəsən
Digər xəbərlər

Sən elə bir zirvəsən

Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin Şirvan Dövlət İqtisadiyyat Humanitar Kollecin təşkilatçılığı əsasında tədbir keçirilib. Kollecin Əməkdar müəllimi Mehran Əhmədqızının ulu öndərə həsr etdiyi esselər əsasında hazırlanmış "Sən elə bir zirvəsən" adlı tədbirdə Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafael Nəsirov, kollecin direktoru Barxudar Barxudarov müəllim kollektivi iştirak etdilər.

Öncə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzdülər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək, 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsinin ümummilli liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirdi. Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rafael Nəsirov ulu öndərin bütün fəaliyyətinin gənclər üçün örnək olduğunu vurğulayıb. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın xahişi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından bəhs etdi. Kollecdə fəaliyyət göstərən xor kollektivinin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndi. Tədbirdə kollec tələbələrinin hazırladığı ulu öndərə həsr olunmuş videoçarxlar nümayiş olundu. Sonda tələbələrin rəsm əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tofiq HÜSEYN,

"Respublika".