Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir.

***

Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır!

 

Heydər Əliyev ölkəsinin əsl lideridir, heç nədən qorxmadan ölkəsinin maraqlarını hər şeydən üstün tutur.

Riçard ARMİTAC,

ABŞ dövlət katibinin

sabiq I müavini.

 

Heydər Əliyeviç həyatı boyu çox işlər görmüşdür. Onun başlıca hünəri isə doğma respublikasına, Azərbaycan xalqına xidmət etməsidir. O, hətta həyatdan köçərkən, elə məşəllər yandırmışdır ki, onlar əzabkeş Azərbaycan xalqına öz torpağında sülh əmin-amanlıq yaratmaq, firavanlıq tərəqqi şəraitində yaşamaq üçün həqiqətən kömək edəcəkdir.

Andrey LOGİNOV,

RF Dövlət Dumasında hökumətin

sabiq səlahiyyətli nümayəndəsi.

 

MDU-nun fəxri professoru Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının təşəkkülünə inkişafına, Azərbaycanın keçmiş Sovet İttifaqının təhsil, elm mədəniyyətinin inkişafına çox böyük töhfə vermişdir. Moskva Universiteti Heydər Əlirza oğlu Əliyevin universitetimizə göstərdiyi çox böyük diqqəti xatırlayır yüksək qiymətləndirir.

Viktor SADOVNİÇİ,

Moskva Dövlət Universitetinin rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki.

 

1994- ildə biz Bakıya ayaq basanda Azərbaycanda müharibə gedirdi, ölkənin gələcəyi qaranlıq idi, dumanlı görünürdü. Prezident Heydər Əliyevin liderliyi sayəsində müharibədə atəşkəs əldə olunubdur bu atəşkəs indiyədək davam etməkdədir. Amerika şirkətləri üçün biznes imkanları get-gedə artmaqdadır. Bütün bunlar Azərbaycan hökumətinin açıq siyasət yeritməsi nəticəsində mümkün olmuşdur. Biz bütün bunlar üçün Prezident Heydər Əliyevə minnətdar olmalıyıq.

Riçard KOZLARİÇ,

ABŞ-ın Azərbaycandakı sabiq səfiri.

 

 

Prezident Heydər Əliyevi dünya tanıyır O, Azərbaycanın nüfuzunu bütün dünyada yüksəldən qanuni liderdir.

İslam KƏRİMOV,

Özbəkistan Respublikasının

sabiq prezidenti.

 

Heydər Əliyev, haqlı olaraq öz xalqının milli qəhrəmanı kimi tanınmışdır. Onun adı dünya tarixinə həmişəlik yazılacaqdır. O, müdrikliyi, prinsipiallığı, gözəl insani keyfiyyətləri ilə fərqlənirdi. O, Azərbaycana epoxaların ayırıcında başçılıq edərək, keşməkeşli, çox çətin illərdə Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi.

Leonid SLUTSKİ,

RF Dövlət Dumasının Beynəlxalq məsələlər

komitəsi sədrinin sabiq müavini.

 

Heydər Əliyev hər bir millətin şərəfi ola biləcək bir insandır. Əminəm ki, biz onun həm Azərbaycanın inkişafına verdiyi töhfəni, həm Sovet İttifaqında gördüyü bütün diqqətəlayiq işlərin əhəmiyyətini tam dolğunluğu ilə yalnız gələcəkdə qiymətləndirə biləcəyik.

Sergey BABURİN,

Rusiya Dövlət Ticarət-İqtisadiyyat

Universitetinin sabiq rektoru.

 

Heydər Əliyev tarixi şəxsiyyət, Qafqazın fəxridir. Sovet dövründə fəxri olmuşdur. Heydər Əliyev respublikaya yenidən rəhbərliyə çox ağır vaxtda qayıtdı, lakin o, siyasi müdrikliyi dövləti idarə etmək istedadı sayəsində bir çox məsələləri həll edə bildi. Bunun nəticəsi kimi Azərbaycanı daha böyük gələcək gözləyir. Dövlət rəhbəri ölkənin əsas inkişaf parametrlərini strateji xəttini artıq müəyyənləşdirmişdir. İndi böyük potensialdan istifadə edərək işləmək lazımdır. Fikrimcə, ən əsası isə budur ki, Heydər Əliyevin müdrikliyi, onun siyasi istedadı elə ancaq Azərbaycana xeyir gətirmir, bütün Qafqazın sərvətinə çevrilmişdir. Bu sərvətdən hamının rifahı naminə istifadə etmək lazımdır.

Ramazan ABDULATİPOV,

Rusiya Xalqları Assambleyasının sabiq sədri.