Bildiriş
Reklam və elanlar

Bildiriş

"Respublika" qəzetinin 14 aprel 2023-cü il tarixli sayında və dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" PHŞ tərəfindən dərc olunmuş "dərman vasitələri, reaktiv və reagent maddələr, tibbi sərf və tibbi ləvazimatların satın alınması" üzrə keçirilən tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan ixtisas uyğunluğunu müəyyən edən tələblər dərc edilmədiyindən aşağıdakı tələblərin nəzərə alınması xahiş olunur. İxtisas uyğunluğu sənədləri:

a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi

(Analoji işlərə dair azı 1 milyon manat həcmində müvafiq müqavilələr təqdim etməklə)

b) Malgöndərinin kadr imkanları:

ən azı 1 sayda laborator mütəxəssis (Əmək müqaviləsi bildirişi və ali təhsili təsdiq edən sənəd)

ən azı 1 sayda əczaçı olmalı (Əmək müqaviləsi bildirişləri təqdim olunmaqla)

Texniki imkanlara malik olması barədə (anbar sahəsi və saxlanma şəraitinə dair tələb)

Soyuq zəncirə aid olan dərman vasitələrinin hər biri qutusu istehsal olunduqdan sonra sifarişçiyə təqdim olunana qədərki müddətdə temperatur şərtlərinə əməl olunmasının dəqiqliyini təsdiq edən "Temperature data logger" adlı cihazla təmin olunması tələb edilir. Təqdim edilmədiyi təqdirdə iddiaçı kənarlaşdırılacaq.


"Xalq Həyat" Sığorta Şirkəti ASC 17 aprel 2023-cü il tarixindən öz fəaliyyətini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106 A ünvanında (poçt indeksi AZ1029) davam etdirir.

Əlaqə telefonu: (012) 310 05 25.


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə Bölgə Şöbəsi tərəfindən 12 fevral 2007-ci il tarixli 1007-BQ1-07 nömrə ilə Dövlət Qeydiyyatına alınmış "Hüseynalılar" - Sudan İstifadəedənlər Birliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə Bölgə Şöbəsi tərəfindən 24 iyul 2008-ci il tarixli 100008-Q1-0005 nömrə ilə Dövlət Qeydiyyatına alınmış "Alpoud" - Sudan İstifadəedənlər Birliyi yeni yaradılmış "Hüseynalılar" Sudan İstifadəedənlər Birliyinə birləşdirilmiş və onların hüquqi varisidir.

ÜNVAN: Bərdə rayonu, Hüseynalılar kəndi