Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Qənbər Niyazi oğlu Xəlilli 7 saylı Ordubad – Culfa, Səbinə Vüqar qızı Zeynalova 21 saylı Nəsimi birinci, Məhəbbət Sabir qızı Məmmədova 42 saylı Sumqayıt ikinci, Rəvanə Vahid qızı Əliyeva 44 saylı Sumqayıt – Xızı, Ramilə Ruhulla qızı Seyidova 54 saylı Şabran – Siyəzən, Zaur Bəxtiyar oğlu Kərimov və Ağahüseyn Abhüseyn oğlu Əlizadə 61 saylı Neftçala, Pəhlivan Xəlilağa oğlu Xəlilov 65 saylı Saatlı – Sabirabad – Kürdəmir, Nurəddin Qnyaz oğlu Nəsibov 90 saylı Ağdaş, Həbib Mürsəl oğlu Məhərrəmov 104 saylı Gədəbəy – Tovuz, Anar Tacəddin oğlu Şabanov 113 saylı Şəki şəhər, Ayşən Faxrəddin qızı Hüseynova 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Sahib Bünyamin oğlu Zeynalov 7 saylı Ordubad – Culfa, Təbəssüm Dağlar qızı Zamanova 21 saylı Nəsimi birinci, İbrahim Həsən oğlu Cəfərov 37 saylı Nizami birinci (Gəncə), Taleh Məhəmməd oğlu Həsənov 42 saylı Sumqayıt ikinci, Məhəbbət Sabir qızı Məmmədova 44 saylı Sumqayıt – Xızı, Fərid Əmirxan oğlu Salayev 50 saylı Abşeron – Qobustan, Elvin Eyvaz oğlu Manafov 54 saylı Şabran – Siyəzən, Babək Nizami oğlu Manafov 61 saylı Neftçala, Elburus Əkbər oğlu Mirzəyev 104 saylı Gədəbəy – Tovuz, Orxan Rasim oğlu Əzizov 113 saylı Şəki şəhər, Leyla Muxtar qızı Qədirzadə 115 saylı Şəki kənd ikinci, Əminə Taleh qızı Sultanova 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov