Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən
Məktublar

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə dərin ehtiramımı və səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, dünya arenasında beynəlxalq məsələlərdə haqlı olaraq yüksək nüfuz sahibi kimi mühüm rol oynayır.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin çoxşaxəli əlaqələrinin möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə hərtərəfli köməyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, yaranmış konstruktiv dialoq ikitərəfli qarşılıqlı əlaqələrin bundan sonra da dərinləşməsinə kömək edəcək.

Möhtərəm İlham Heydər oğlu, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzu edirəm.

Dərin hörmətlə, 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru