And yerimiz
Region

And yerimiz

Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuş, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Hümbət Mərhəmət oğlu Yaqubovun xatirəsi onun doğum günündə məzarı önündə anıldı.

Anım tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etdilər.

Hümbət Mərhəmət oğlu Yaqubov 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə, Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Şəhidin məzarı önünə tər qərənfillər düzüldü. Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açıldı. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə başsağlığı verdi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı.

Mərasimdə çıxış edənlər bir daha vurğuladılar ki, şəhidlər bizdən cismən ayrılsalar da, onların ruhu daima bizimlədir. Hər bir şəhid məzarı əbədi olaraq and yerimizə çevrilib.

Tofiq HÜSEYN,

"Respublika".