TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ Mövcud bina daxilində ayrılmış 920 kv.m sahədə "Kitabxana" və 1800 kv.m sahədə "İş və layihələr mərkəzi" layihələndirilməsi ilə

bağlı xidmətlərin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT üzrə keçirilir:

Lot-1: Mövcud bina daxilində ayrılmış 920 kv.m sahədə "Kitabxana" və 1800 kv.m sahədə "İş və layihələr mərkəzi" layihələndirilməsi ilə bağlı xidmətlərin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatlar əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını "Asan Ödəniş" vasitəsilə hesaba köçürdükdən sonra müsabiqə üzrə "Əsas şərtlər toplusunu" əldə edə bilərlər.

İştirak haqqı:

Lot-1: 150 AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla ) 20.05.2022-ci il saat 17:00 tarixinə qədər və tender təklifi və tender təklifinin bank təminatı sənədlərini 31.05.2022-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 01.06.2022-ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. Maraqlanan təşkilatlar [email protected] email ünvanı və 012-539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.