Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Məktublar

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Qardaş Azərbaycan xalqının əlamətdar milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə və xalqınıza daha böyük tərəqqi, rifah və firavanlıq arzulayıram.

Cibuti Hökuməti və xalqı da bu təbriklərə qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edir.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, uzaqgörən rəhbərliyinizlə ölkənin inkişaf istiqamətlərinin şaxələndirilməsi nəticəsində əldə olunan iqtisadi dirçəliş alqışa layiqdir.

Ölkəmiz Azərbaycanla bir çox məsələlərdə həmrəydir. Qətiyyətlə inanırıq ki, xalqlarımızın firavanlığı naminə iki ölkənin strateji tərəfdaşlığını və qarşılıqlı faydalı mənafelərini dəstəkləmək əzmi də bundan qaynaqlanır.

Cənab Prezident, bir daha Sizə ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə qardaş salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

İsmail Ömər Qelle

Cibuti Respublikasının Prezidenti