Almaniyadakı Bremen Azərbaycan Mədəniyyət Evinin İdarə Heyətindən
Məktublar

Almaniyadakı Bremen Azərbaycan Mədəniyyət Evinin İdarə Heyətindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə Almaniya Federativ Respublikasının Bremen əyalətindəki azərbaycanlı icma adından səmimi-qəlbdən təbrik edirik. Siz Azərbaycanın dinamik inkişafı, beynəlxalq miqyasda nüfuzunun yüksəlməsi istiqamətində çox böyük işlər görmüsünüz. Vətən və xalq qarşısında göstərdiyiniz xidmətlər alqışalayiqdir.

İnanırıq ki, Sizin uzaqgörən siyasətiniz, fədakar fəaliyyətiniz Azərbaycana gələcəkdə yeni-yeni zəfərlər qazandıracaq.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Almaniyadakı Bremen Azərbaycan Mədəniyyət Evinin İdarə Heyəti.