Zəngilanda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun iclası keçirilib
Digər xəbərlər

Zəngilanda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Zəngilan rayonunun Ağalı kəndində iclası keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda ANAMA-nın İdarə Heyətinin sədri V.Süleymanov hökumətin prioritetlərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişaf planına əsasən icra edilən genişmiqyaslı minatəmizləmə əməliyyatları barədə məlumat təqdim edib. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsində Şərqi Zəngəzur İqtisadi rayonunda aparılan minatəmizləmə əməliyyatları əlaqəli şəkildə icra edilən quruculuq layihələrinin əhəmiyyətini vurğulayıb. Minatəmizləmə əməliyyatlarına cəlb olunan qurumlar tərəfindən 2023- il ərzində 19 min 840 hektar ərazinin partlayıcı qurğulardan təmizləndiyini, 9 min 150 mina partlamamış hərbi sursatın aşkarlanaraq zərərsizləşdirildiyini bildirib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi V.Hacıyev ölkə rəhbərinin tapşırığı ilə yenidən qurulacaq şəhərlərdə, qəsəbələrdə kəndlərdə bütün işlərin planlı sistemli şəkildə aparılması üçün Baş planların hazırlandığını, habelə bu planlarda keçmiş məcburi köçkünlərin dayanıqlı qayıdışı üçün təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq gələcək inkişaf kimi vacib olan bütün amillərin nəzərə alındığını qeyd edib. Bildirib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün torpaqlarımızın minalardan partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinin aparılması qarşıda duran əsas vəzifələrdən biridir. V.Hacıyev ANAMA-nın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdiyini Agentliyin hər bir əməkdaşına bu fədakar işdəki əməyinə görə xüsusi təşəkkürünü vurğulayıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə layihələrinin gedişatı barədə qurumlar tərəfindən hesabatlar təqdim olunub, cari məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Zəngilan rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Cəbrayıl rayonu ərazisində yerli şirkət tərəfindən minatəmizləmə fəaliyyəti icra edilən "Qız qalası suvarma kanalı" layihəsi, eləcə ANAMA tərəfindən Zəngilan rayonunda icra edilən "Horadiz-Laçın qaz xətti" layihəsinin minalardan təmizlənməsi əməliyyatları ilə tanış olublar. Nümayəndələr icra edilən layihələrin gedişatı barədə məlumatlandırılıb, aşkarlanan mina partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsində iştirak ediblər.