Zəngəzur dəhlizi: Orta Dəhlizin ən mühüm seqmenti
Siyasət

Zəngəzur dəhlizi: Orta Dəhlizin ən mühüm seqmenti

İkinci Qarabağ müharibəsində qazanılan qələbə Asiya ilə Avropanın nəqliyyat-logistika xəritəsində yeni dəyişikliklərin yaranmasına şərait yaratdı. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən əldə olunmuş razılaşmada regionun bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur.

Həmçinin Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulması üçün dəhlizin açılmasından da bəhs olunur. Bu, dövlət başçısı İlham Əliyev tərəfindən geosiyasi leksikona gətirilən Zəngəzur dəhlizidir.

Dünyanın aparıcı güc mərkəzləri tərəfindən dəstəklənən bu layihə ölkəmizlə yanaşı, yerləşdiyimiz regionun, Qərbin, Yaxın Şərq, Mərkəzi Asiya Uzaq Şərqin maraqlarına cavab verən meqalayihədir. Yeni dünya düzəninin formalaşması fonunda Çin Avropa arasında yükdaşımaların təhlükəsiz tez bir zamanda ünvana çatdırılması materikdə yerləşən bəzi ölkələr istisna olmaqla ümumilikdə Avrasiya dövlətlərinin prioritetidir.

2022-ci il fevralın 24- başlayan Rusiya-Ukrayna müharibəsindən sonra bütün dünya yeni çağırışlarla üzləşib. Qərb-Rusiya qarşıdurması Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır ki, bu da olduqca vacib məsələdir. Məhz bu amil Rusiyadan keçən nəqliyyat-logistika yolunun digər alternativi olan Azərbaycanın iştirakı ilə yaranan Orta Dəhlizə marağı artırmaqdadır. Belə ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Xəzər dənizi vasitəsilə Azərbaycana birləşir. gələcəkdə Zəngəzur dəhlizi əlavə yüklərin daşınmasında Orta Dəhlizin ən mühüm seqmenti olacaq. Zəngəzur dəhlizi gələcəkdə Qarabağ regionunun iqtisadi potensialının artırılmasında da xüsusi rol oynaya bilər. Həmçinin Orta Dəhliz vasitəsilə Çindən Avropaya Yaxın Şərqə daşınan yüklər 7-8 gün daha tez mənzilbaşına çatacaq. Azərbaycan öz üzərinə düşən öhdəliyi yerinə yetirməklə Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil dəmiryollarının inşasına dair işləri reallaşdırmaq üzrədir. Horadiz-Zəngilan-Ağbənd dəmiryol xəttinin bu il başa çatacağı proqnozlaşdırılır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası 2024- ildə yekunlaşacaq. Bütün sahələrdə tarixinin ən uğurlu qüdrətli dövrünü yaşayan Azərbaycan siyasi iqtisadi imkanlarını genişləndirməklə qlobal güclərin maraq dairəsindədir. Cənubi Qafqazda gedən bütün proseslərdə söz sahibi olan dövlət başçısı rəhbərlik etdiyi ölkəsini Avropada, Çində, Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi tanıdıb. Azərbaycanın coğrafi cəhətdən əlverişli mövqeyi, sülhü təhlükəsizliyi dəstəkləməsi, ölkə daxilindəki stabil vəziyyət beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.

Azərbaycan Türkiyənin son illərdə artan nüfuzu, digər türkdilli dövlətlərlə aparılan uğurlu xarici siyasət eyni soykökə məxsus olan xalqların 100 ildən sonra bu dəhliz vasitəsilə birləşməsi digər bir əlamətdar hadisəyə çevrilə bilər. Bu gün ortaq Turan məkanının yaradılması, türk xalqlarının reinteqrasiyası  üçün lazım olan geosiyasi digər amillər formalaşıb. Ermənistan tarixən potensial türk dünyası qarşısında əngəl olub, lakin bu gün Türkiyə Azərbaycan Zəngəzur vasitəsilə bu əngəli aşmağa çalışır. Mərkəzi Asiya ölkələrinin - Qazaxıstan, Türkmənistan  digər ölkələrin dövlət başçıları səviyyəsində bu məsələnin müzakirə olunması yeni nəqliyyat dəhlizlərinə marağın böyük olmasını göstərir. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması türk dünyasının maddi rifahının yaxşılaşmasına xeyli yardım edəcək.

Ermənistan isə hər zaman olduğu kimi, üzərinə götürdüyü öhdəliklərdən qaçmaqla qeyd olunan dəhlizin reallaşmasına maneələr yaradır. Yarımüstəqil dövlət olan bu ölkənin 10 noyabr üçtərəfli Bəyanatın müddəasına əməl etməməsi onun dalan dövləti kimi qalmasında əsas səbəblərdən biridir. Bütün dünyanın müzakirə obyektinə çevrilən dəhlizin qarşısına sədd çəkmək cəhdləri, uzun müddət davam edə bilməz. Ermənistan Fransa İranın dəstəyilə öz xalqının deyil, xarici güclərin  maraqlarına xidmət etməyi bir kənara qoyub, ölkəsini blokada şəraitindən çıxarmağa real zəmin yaratmalıdır.

Musa BAĞIRLI,

"Respublika".