YEVLAXDA ABADLIQ-QURUCULUQ  İŞLƏRİ
Region

YEVLAXDA ABADLIQ-QURUCULUQ  İŞLƏRİ

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün regionlarında olduğu kimi, Yevlaxda da abadlıq- quruculuq işləri davam etdirilir. Belə ki, şəhərin küçə və prospektləri təmir edilir və  asfatlanır, bordürlər düzülür, kənd yolları yenidən qurulur, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlər asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli  yaşayış binalarının həyətləri abadlaşdırılır.

Görülən işlər çərçivəsində Molla Vəli Vidadi küçəsində əsaslı təmir işləri həyata keçirilib. İndiyədək bu küçədə heç bir əsaslı təmir aparılmaması səbəbindən küçənin hərəkət hissəsində deformasiyalar əmələ gəlmiş, nəticədə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən küçədə əsaslı təmir işləri həyata keçirilib, küçə asfaltlanıb. Uzunluğu 1200 metr olan 2 hərəkət zolaqlı küçəyə 2 qatdan ibarət 17 min kvadratmetr yeni asfalt örtüyü salınıb, yol kənarına 2700 metr uzunluğunda yeni səki daşları düzülüb. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Piyada səkilərinə 2500 kvadratmetr asfalt örtüyü vurulub və abadlıq-quruculuq işləri davam etdirilir.

Zabit XƏLİLOV,

“Respublika”.