Yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib, 78,9 min şəxsə reabilitasiya xidməti göstərilib
Sosial həyat

Yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib, 78,9 min şəxsə reabilitasiya xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında 45,5 min şəxsə əlillik təyin edilib.

"Respublika" Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Bu ilin 11 ayı ərzində agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.